Icma.az
close
up
RU
Bakıdan İslam dünyasına hansı mesajlar verildi?

Bakıdan İslam dünyasına hansı mesajlar verildi?

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

O bildirib ki, mürəkkəb geosiyasi proseslərin, regional münaqişələrin, iqtisadi qeyri-müəyyənliklərin və qlobal təhlükəsizlik çağırışlarının artdığı bir dövrdə İƏTPİ-nin sessiyasının məhz Bakıda keçirilməsi təsadüfi deyil: “Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, dialoq məkanı və əməkdaşlıq platforması kimi qazandığı mövqenin göstəricisidir”.

Parlament diplomatiyası xarici siyasətin mühüm dayağıdır

M.Məmmədli vurğulayıb ki, müasir dövrdə diplomatiya yalnız dövlət başçılarının və hökumətlərin fəaliyyəti ilə məhdudlaşmır. Onun fikrincə, parlament diplomatiyası beynəlxalq münasibətlərin mühüm istiqamətlərindən birinə çevrilərək xalqlar arasında etimadın möhkəmləndirilməsi, dövlətlərarası əməkdaşlığın genişləndirilməsi və beynəlxalq problemlərin həllinə töhfə verən vacib mexanizm rolunu oynayır:

“Azərbaycan parlamenti də son illərdə bu sahədə mühüm uğurlara imza atıb. Milli Məclisin beynəlxalq parlament təşkilatlarında fəal iştirakı Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursuna mühüm dəstək verir, ölkəmizin milli maraqlarının müdafiəsinə və beynəlxalq müstəvidə mövqelərinin güclənməsinə xidmət edir.

Xüsusilə 44 günlük Vətən müharibəsindən əvvəl və sonra parlament diplomatiyası Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasında, Ermənistanın işğalçılıq siyasətinin ifşasında və ölkəmizin ədalətli mövqeyinin müdafiəsində mühüm rol oynayıb”.

İslam dünyasının Azərbaycana verdiyi dəstək

Deputat əlavə edib ki, Azərbaycan İslam dünyasının ayrılmaz hissəsi kimi hər zaman müsəlman ölkələri ilə həmrəyliyə xüsusi önəm verib: “Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, İslam ölkələri ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Bu siyasətin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı və onun üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü məsələsində daim ölkəmizin yanında olublar. Son 30 ildə İƏT və İƏTPİ tərəfindən Ermənistanın işğalçılıq siyasətini pisləyən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən yüzdən artıq qətnamə və qərarın qəbul edilməsi bunun bariz nümunəsidir.

Bu dəstək yalnız siyasi həmrəylik deyil, həm də beynəlxalq hüququn və ədalətin müdafiəsinin təzahürü idi. Azərbaycan da bu münasibəti yüksək qiymətləndirərək İslam dünyasının birliyinin möhkəmləndirilməsinə daim töhfə verməyə çalışıb”.

Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələr

Milli Məclis üzvünün sözlərinə görə, Azərbaycan uzun illərdir İslam həmrəyliyinin təşviqi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. İƏT Gənclər Forumunun yaradılması, İƏT Əmək Mərkəzinin təsis olunması, müxtəlif beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ölkəmizin bu sahədə lider rolunu nümayiş etdirir:

“Eyni zamanda Azərbaycan İslamın sülh, tolerantlıq və mərhəmət dini olduğunu dünyaya çatdıran çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu siyasət ölkəmizin multikultural dəyərlərə sadiqliyini və sivilizasiyalararası dialoqun inkişafına verdiyi töhfəni əks etdirir”.

Fələstin məsələsində prinsipial mövqe

M.Məmmədli vurğulayıb ki, Azərbaycanın beynəlxalq münasibətlərdə nümayiş etdirdiyi prinsipial mövqelərdən biri də Fələstin məsələsidir:

“Ölkəmiz beynəlxalq hüquqa və BMT qətnamələrinə uyğun olaraq, Şərqi Qüds paytaxt olmaqla iki dövlət prinsipi əsasında İsrail-Fələstin münaqişəsinin həllini dəstəkləyir.

Bu mövqe Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatındakı fəaliyyətində olduğu kimi, parlament diplomatiyasında da öz əksini tapır. Milli Məclisin Asiya Parlament Assambleyasına sədrliyi və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsindəki fəaliyyəti dövründə Fələstin məsələsinin daim gündəmdə saxlanılması bunun göstəricisidir.

Azərbaycan eyni zamanda Fələstin xalqına humanitar və maliyyə yardımlarını davam etdirərək həmrəylik siyasətini konkret addımlarla müşayiət edir”.

İslam dünyasının qarşısındakı çağırışlar

Onun fikrincə, böyük tarixə, zəngin mədəniyyətə və nəhəng iqtisadi potensiala malik olmasına baxmayaraq, İslam dünyası bu gün də bir sıra ciddi problemlərlə üzləşir:

“Yoxsulluq, sosial bərabərsizlik, silahlı münaqişələr, humanitar böhranlar, terrorizm və ekstremizm inkişaf proseslərini ləngidən əsas amillər olaraq qalır.

Belə bir şəraitdə müsəlman ölkələri arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və birgə fəaliyyətin gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Parlamentlər də bu prosesdə mühüm rol oynayaraq xalqlar arasında etimad körpülərinin qurulmasına və ortaq problemlərin həllinə töhfə verməlidirlər”.

Bakı sessiyasının əsas mesajı: iqtisadi əməkdaşlıq və inkişaf

Müşfiq Məmmədli bildirib ki, İƏTPİ-nin 20-ci sessiyasının "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusuna həsr olunması son dərəcə aktualdır:

Müasir qlobal iqtisadiyyat dövlətlər arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır. İƏT məkanında iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi, innovasiya və texnologiya mübadiləsinin artırılması böyük inkişaf perspektivləri vəd edir.

Azərbaycanın sədrliyi yeni imkanlar açır

Deputatın sözlərinə görə, Azərbaycanın İƏTPİ-yə sədrliyi ölkəmizin beynəlxalq nüfuzunun növbəti göstəricisidir: “Bu sədrlik Azərbaycanın İslam dünyasında həmrəyliyin gücləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və ortaq prioritetlərin reallaşdırılması istiqamətində daha fəal rol oynayacağını göstərir.

Bakı sessiyası bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnız regionun deyil, bütövlükdə İslam dünyasının əməkdaşlıq və dialoq mərkəzlərindən birinə çevrilib. Bu gün Bakıda verilən birlik, həmrəylik və inkişaf mesajları təkcə İƏT ölkələri üçün deyil, qlobal miqyasda sülhün, əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən mühüm çağırışdır”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 İyun 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri