Bakıdan Naxçıvana gediş dayandırıldı
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.
Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Fevralın 28-də Bakıdan Naxçıvana olan 19:00 və 20:00 reysləri, Bakıdan Şərura olan 21:00 reysi, Naxçıvandan Bakıya olan 15:30, 16:30 və 17:30 reysləri, eləcə də Şərurdan Bakıya olan 16:30 reysi müvəqqəti təxirə salınır.
Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Yük nəqliyyat vasitələrinin isə İran-Azərbaycan sərhədindən keçməsi ilə bağlı hər hansı bir problem yaşanmır və məhdudiyyət tətbiq olunmur. Daşıyıcılarla mütəmadi olaraq əlaqə saxlanılır və məsələ nəzarətdədir. Hər hansı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:257
Bu xəbər 28 Fevral 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















