Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Bakıdan Bakıya” taksi ilə niyə 60 manata?

“Bakıdan Bakıya” taksi ilə niyə 60 manata?

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elməddin Muradlı: “Bir çox sürücülər yola çıxmadığı halda taksi sürücüləri yağışlı, dumanlı, qarlı havada riskli olsa da, işləyirlər”

Paytaxtda son iki gündə müşahidə olunan yağışlı və küləkli hava şəraiti nəqliyyat sisteminə də öz təsirini göstərdi. Xüsusilə taksi xidmətlərində qiymətlərin yenə də kəskin şəkildə artdığı müşahidə olunub. Vətəndaşlar sosial şəbəkələrdə müxtəlif taksi tətbiqlərində qiymət artımına dair narahatlıqlarını ifadə edirlər. Müşahidələrə əsasən, adi günlərdə 5-7 manat civarında olan qısa məsafəli taksi səfərləri əlverişsiz hava şəraitində 20-25 manatdan başlayaraq daha yüksək qiymətlərlə təklif olunur. Sosial şəbəkə istifadəçiləri bəzi hallarda 3-5 manatlıq məsafə üçün 30 manatadək ödəniş tələb olunduğunu bildirirlər. Hətta komfort kateqoriyalı taksilərdə qiymətlər 60 manata qədər yüksəlib.

Vətəndaşlar həmçinin tələbat artdığından və əksər taksi sürücüləri riskli hava şəraitinə görə yola çıxmadıqlarından taksi tapmaqda çətinlik yaşadıqlarını bildirirlər. Onlar qeyd edirlər ki, bir çox taksi sürücüsü 7-8 manatlıq sifarişləri qəbul etmədiyindən uzun müddət yolda qalmalı olurlar. Nəticədə taksi şirkətləri Bakıdan Bakıya Bakıdan Şəkiyə qiymətinə getməli olurlar.

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirdi ki, taksi fəaliyyətində qiymətlərin tənzimlənməsi məsələsi hələ də açıq qalır: “Hazırda taksi fəaliyyəti ilə bağlı konkret qiymət müəyyənləşməyib. Sadəcə, aidiyyəti qurum tərəfindən sadəcə tövsiyə edilib ki, aşağı hədd olaraq, 2,50 AZN-dən ucuz sifariş ola bilməz. Yuxarı hədd məsələsi isə açıq qalıb. Bununla bağlı tədbir görülmədiyi üçün sürücülər bundan istifadə edir. Bununla yanaşı, sürücüləri də qınamaq olmur. Bir çox sürücü yola çıxmadığı halda taksi sürücüləri yağışlı, dumanlı, qarlı havada riskli olsa da, işləyirlər. Beynəlxalq təcrübədə də gecə-gündüz tarifi anlayışı var. O cümlədən əlverişsiz hava şəraitində qiymətlər fərqli ola bilər. Odur ki, bu yanaşma normaldır. Sadəcə, bunu hər hansı formada tənzimləsələr, daha yaxşı olar. Bunun qarşısını almağın yeganə yolu qiymətlərin kilometrə görə tənzimlənməsidir. Digər tərəfdən, əlverişsiz hava şəraitində taksilər üçün tarif tənzimlənməsi həyata keçirilməlidir”.

 Eldəniz Cəfərov

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov şərhində qeyd etdi ki, dünyanın bir çox ölkəsində taksi qiymətləri sutkanın müxtəlif zamanlarına, iqlim şəraitinə görə dəyişir: “Taksilərin rahat fəaliyyət göstərməsi üçün yol olmalıdır. Uyğun şərait yaradılmalıdır ki, taksi tıxacda qalmasın, yağış yağanda tunelləri su basmamalıdır ki, taksilər rahat işləyə bilsinlər. Fikrimcə, hazırkı qiymətlər qənaətbəxşdir, vətəndaş üçün əlçatandır, sadəcə, bəzi taksi şirkətləri müəyyən vəziyyətlərdən sui-istifadə edərək qiymətləri faizlə deyil, 3-4 dəfə qaldırırlar. Müvafiq qurumlar taksi şirkətləri qarşısında məsələ qaldırmalıdırlar”.

Yasin Mustafayev

Nəqliyyat eksperti Yasin Mustafayev isə Qaynarinfo-ya açıqlamasında deyib ki, çətin hava şəraitində taksi qiymətlərini bu qədər qaldırmaq olmaz. Onun sözlərinə görə, artım qanunsuz deyil, amma insafsızlıqdır: “Sıxlıq, çətinlik, tələbat artan kimi taksilərdə qiymətlər artır. İstər təyyarədə olsun, istər sürət qatarında, dünya təcrübəsində bu var. Tələbat artan kimi qiymət artır, adi vaxtlarda isə azalır. Bu düzgün deyil, amma şirkətlər də belə siyasət qurublar. Yəni dünyada qəbul edilmiş bir sistemdir. Taksi fəaliyyətində qiymət artımı hava şəraitinə görə dəyişir. Qiymət artımı sərnişinlərə çox ciddi təsir göstərir. Bir də görürsən iki, hətta 3 dəfəyə kimi qiymət qalxa bilir. Buna görə də insanlar əziyyət çəkir. Belə olan halda biz onlara qiyməti niyə qaldırırsınız deyə bilmərik. Bu gün taksi fəaliyyətində sabit qiymət yoxdur. Qiyməti bazar və rəqabət tənzimləyir. Rəqabətdə də bir çox seçimimiz var”.

Yasin Mustafayev əlavə edib ki, bu günlərdə hansı şirkət ucuz xidmət göstərirsə, onlara müraciət etmək daha məqsədəuyğun olar.(musavat)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Aprel 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri