Ermənistanda deputatlığa namizəd iki ay müddətinə həbs edilib
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
İrəvanda məhkəmə deputatlığa namizəd Andranik Tevanyanın 2 ay müddətinə həbs olunması barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Daha əvvəl təqsirləndirilən şəxsin vəkili Aram Orbelyan bildirib ki, işin materiallarında dövlət sirrinin toplanması və ötürülməsinə dair hər hansı element yoxdur və bu səbəbdən cinayət işi əsassızdır.
Qeyd edək ki, "Çiçəklənən Ermənistan" partiyasından deputatlığa namizəd daha əvvəl dövlətə xəyanətdə ittiham olunub.
Ötən gün Ermənistan Mərkəzi Seçki Komissiyası prokurorluğa cinayət təqibinə başlamağa icazə verib. İrəvanın Avan və Nor-Nork rayon məhkəməsi bu gün istintaqın qətimkan tədbiri haqqında vəsatətini təmin edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 24 May 2026 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















