Daha bir azərbaycanlı Ukraynadakı müharibədə öldü
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub.
Axar.az Modern.az-a istinadla xəbər verir ki, azərbaycanəsilli Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Asif Novruz oğlu Mehdiyev Ukraynadakı hərbi əməliyyatlar zamanı həyatını itirib.
Həştərxan şəhərində yaşayan 19 mart 1995-ci il təvəllüdlü Asif Mehdiyevin Rusiya ordusunda müqaviləli hərbi qulluqçu kimi xidmət etdiyi bildirilir. O, Donetsk vilayəti istiqamətində baş verən şiddətli döyüşlərin birində həlak olub.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan bəri hər iki tərəfdən döyüşlərdə iştirak edən və həyatını itirən azərbaycanlıların sayı yüzlərlə ölçülür. Müharibə qurbanları arasında həm Ukrayna ordusunda vuruşan yerli azərbaycanlılar, həm də Rusiyada yaşayan və bu ölkənin ordusuna cəlb olunan soydaşlarımız yer alırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 24 May 2026 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















