Bakıdan Türkiyəyə birbaşa qatar reysi açılır
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyunun 2-də Gürcüstanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.
Axalkalaki dəmir yolu stansiyasında keçiriləcək mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istifadəyə verilməsi yalnız indi baş tutacaq. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon dollar kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, 2023-cü ilin may ayından 2024-cü ilin may ayınadək Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi üzrə işlər həyata keçirilib və layihə uğurla yekunlaşdırılıb. Aparılan yenidənqurma işləri nəticəsində BTQ xəttinin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.(Azərtac)
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bakıdan Türkiyəyə birbaşa qatar reysi açılır
02 İyun 2026 10:44
Bakıdan Laçına avtobus reysi açılır
19 Fevral 2026 12:21
Bakıdan bu şəhərə birbaşa reys açılır
10 İyun 2026 13:56
Bakıdan Türkiyəyə qatarla gediş gəliş başladı
02 İyun 2026 20:30
Bakıdan Suriyaya yardıma göndərilən TIRlar Türkiyəyə çatdı
03 Yanvar 2025 11:07
Baxış sayı:177
Bu xəbər 29 May 2026 14:19 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları