Icma.az
close
up
RU
Siyasi konyuktura YOX, tarixi MÖVQE: Bakıdan verilən MESAJlar...

Siyasi konyuktura YOX, tarixi MÖVQE: Bakıdan verilən MESAJlar...

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi və ərazi bütövlüyü fundamental prinsiplərdən biri kimi qəbul edilir. Bu prinsiplərə hörmət, həm regional sabitliyin, həm də qlobal təhlükəsizliyin təminatıdır. Azərbaycan Respublikası da beynəlxalq hüququn bu əsas norma və prinsiplərini daim müdafiə etmiş, xüsusilə də öz ərazi bütövlüyünün bərpası uğrunda uzun illər davam edən mübarizəsində beynəlxalq hüquqa söykənmişdir.

Lakin bəzi hallarda, xüsusilə də Rusiya kimi böyük güclərin daxilində fəaliyyət göstərən bəzi siyasi fiqurların mövqeyi, bu prinsiplərə qarşı açıq şəkildə ziddiyyət təşkil edir. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnikinin Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı verdiyi bəyanatı "siyasi konyunktura" adlandırması, təkcə qeyri-ciddi siyasi yanaşma deyil, həm də beynəlxalq hüquqa və beynəlxalq birliyin konsensusuna qarşı yönəlmiş açıq sabotaj kimi qiymətləndirilməlidir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Andrey Kolesnikin açıqlamaları həm də beynəlxalq birliyin mövqeyinə qarşı açıq sabotajdır:

"Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnikin Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüquqa və ədalətə əsaslanan prinsipial mövqeyini“siyasi konyunktura” adlandırması, əslində Rusiya siyasətində yaranmış ümidsiz perspektivin və təcrid olunmuş vəziyyətin göstəricisidir. Azərbaycan Respublikasının bu mövqeyibeynəlxalq birliyin mütləq əksəriyyətinin mövqeyi ilə üst-üstə düşür və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə əsaslanır".

Rizvan Nəbiyev: Kolesnikin açıqlamaları həm də beynəlxalq birliyin mövqeyinə qarşı açıq sabotajdır

Onun sözlərinə görə, Ermənistanın məhz havadarlarının siyasi və hərbi dəstəyi ilə ərazilərimizi 30 il müddətində işğal altında saxlamasından əziyyət çəkən bir dövlət kimi Azərbaycan müstəqilliyinin ilk günündən ərazi bütövlüyü, suverenliyin qorunması və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinin ardıcıl müdafiəçisi kimi çıxış edir:

"Məhz Azərbaycan Prezidentinin hərbi, siyasi və diplomatik bacarığı və düşünülmüş strategiyası sayəsində bu hərbi işğala son qoyuldu, regionda yeni siyasi reallıq və təhlükəsizlik mühiti yarandı. Andrey Kolesnikin "Rusiyanın tək etibarlı müttəfiqi ordu və donanmadır" fikri, əslində, Rusiyanın niyə regional və beynəlxalq səviyyədə etimad itkisi yaşadığının göstəricisidir. Əgər deputat diplomatik münasibətləri və tərəfdaşlıqları yalnız hərbi güclə ölçürsə, bu, artıq ciddi bir siyasi böhranın əlamətidir. Görünür, bəziləri hələ də beynəlxalq hüququ hərbi müdaxilə və işğalın qarşısında heçə sayan sovet düşüncəsindən xilas ola bilməyiblər".

Parlamentari bildirib ki, əgər Rusiya Federasiyasında bəzi siyasətçilər Azərbaycan rəhbərliyinin suveren, prinsipial və müstəqil siyasətindən narahatdırsa, bu artıq onların düşüncə və yanaşmasından irəli gələn problemdir. Azərbaycan Rusya Federasiyası da daxil olmaqla bütün tərəfdaşlarla öz münasibətlərini qarşılıqlı hörmət, faydalı əməkdaşlıq və beynəlxalq hüquqün prinsipləri üzərində qurur: 

"Beynəlxalq siyasi müstəvidə güclü mövqeyi və nüfuzu ilə seçilən Azərbaycan Lideri heç bir ölkənin təsiri altında olmayan və milli maraqları əsas götürən siyasət yürüdür. Bu siyasət regionda və daha geniş coğrafi arenada sabitliyə və bərabərhüquqlu tərəfdaşlığa xidmət edən sülh siyasəti kimi beynəlxalq birlik tərəfindən təqdir edilir".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Avqust 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri