Bakıətrafı dəmir yolu xətlərinin bərpası 2030 cu ilədək başa çatdırılacaq
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 30 oktyabr, AZƏRTAC
Bakıətrafı ərazilərdə dəmir yolu infrastrukturunun yenilənməsi və yeni xətlərin bərpası üzrə işlərin 2030-cu ilədək tam yekunlaşdırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək layihələr Bakıətrafı qəsəbələrdə yaşayan əhalinin ictimai nəqliyyata çıxış imkanlarını genişləndirəcək. Dəmir yolu nəqliyyatı digər nəqliyyat vasitələri ilə müqayisədə sərnişinlərin mənzil başına daha sürətli çatmasına imkan verəcək.
B.Hacıyevin sözlərinə görə, yeni xətlərin istifadəyə verilməsi ilə paytaxtın ətraf yaşayış məntəqələrinin Bakı şəhəri ilə nəqliyyat əlaqəsi daha da yaxşılaşacaq.
Müəllif - Vüqar Qurbanoğlu
Fotoqraf - Xanlar Əlizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 30 Oktyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















