Icma.az
close
up
RU
Bakıətrafı ərazilərdə metro xətlərinin çəkilməsi müzakirə oluna bilər

Bakıətrafı ərazilərdə metro xətlərinin çəkilməsi müzakirə oluna bilər

Apa.az saytına istinadən Icma.az xəbər verir.

"Bu gün Xırdalan və Masazır kimi istiqamətlərdə yeni metro xətlərinin yaradılmasına baxmaq mümkündürsə, məsələn, Zabrat ərazisində yeni metro stansiyalarının yaradılmasını, metro xəttinin o ərazilərə qədər aparılmasını səmərəli hesab etmirik. İndiki konsepsiyamızda bu yoxdur".

APA-Economics” xəbər verir ki, bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O qeyd edib ki, yeni stansiyaların yerləri müəyyənləşərkən ilk növbədə hər bir stansiyanın verə biləcəyi töhfə, yəni onun effekti nəzərə alınır:

“Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi növbəti mərhələlərdə nəzərdən keçiriləcək. Yanaşmanın əsas məqsədi ondan ibarətdir ki, şəhərin mərkəzinin yükü azalsın. İndi mərkəzi stansiyalar rolunu ən çox “28 May” və “Sahil” stansiyaları daşıyır. Digər stansiyalardan gələnlər əsasən bu iki stansiyaya gəlir. İlkin olaraq keçid stansiyalarını inşa etməyimizin əsas səbəbi mərkəzin nəqliyyat yükünü azaltmaq və sərnişinlərin mərkəzə gəlməsi və mərkəzdən getməsi üçün alternativ stansiyalar təklif etməkdir, yəni, şəbəkəni şaxələndirməkdir. “28 May” stansiyasına keçid stansiyası olaraq “Cəfər Cabbarlı” stansiyası mövcuddur. 2030-cu ilədək “Nizami”, “Sahil” və “Xətai” stansiyaları üçün də keçid stansiyaları inşa olunacaq və bununla da mərkəzi stansiyaların yükü azalacaq. Bundan sonraki mərhələlərdə isə artıq şəhərətrafı ərazilərə metro xətlərinin çəkilməsi məsələsi gündəmə gətiriləcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:22
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Yanvar 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri