Icma.az
close
up
RU
Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturu daha da təkmilləşdiriləcək

Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturu daha da təkmilləşdiriləcək

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası və bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur.

“APA-Economics” xəbər verir ki, bunu Dövlət Proqramının ötən il üzrə icrasına həsr olunan dəyirmi masada Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

“2025-ci ildə adıçəkilən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb. Layihələndirmə işlərinin bəziləri tamamlanıb.

Bundan başqa, bərpa olunacaq xətlər boyunca stansiya və dayanacaqlar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub”, - Anar Rzayev qeyd edib.

Onun sözlərinə görə, Bakı və Sumqayıt şəhərlərində, bütövlükdə Abşeron yarımadasında insanların gediş-gəlişini təmin edən mühüm yollardan biri də Abşeron dairəvi dəmir yolu marşrutudur. Bu marşrut iki xətdən ibarətdir: Bakı–Xırdalan–Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt. Son illərdə marşrutun təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə mühüm işlər görülüb. Dəmir yolu xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsallaşma tədbirləri həyata keçirilib, bilet satışı onlayn təşkil edilib, mobil tətbiq istifadəyə verilib, stansiya və dayanacaqlarda modernləşdirmə işləri görülüb.

Nəticə etibarilə Abşeron dairəvi dəmir yolu üzrə sərnişin sayı həftəiçi gündəlik 36 mindən 43 minə qədər artıb. Bu da xidmət keyfiyyətinin artırılmasının və qatarla təhlükəsiz, rahat və maneəsiz səfərə üstünlük verilməsinin göstəricisidir.

“Bakı–Xırdalan–Sumqayıt xəttinin təkmilləşdirilməsi, qatarburaxma və sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara verilməsi istiqamətdə də müvafiq işlərə başlanılıb. Hazırda bu xətt üzrə sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi məqsədilə Dərnəgül dayanacağının inşası sürətlə davam etdirilir. Artıq tikinti işlərinin təqribən 60 faizi yekunlaşıb. Həmçinin Baş Keşlə stansiyasına dayanacaq verilməsi və Binəqədi dayanacağının yaradılması nəzərdə tutulur”, - Anar Rzayev vurğulayıb.

O əlavə edib ki, Bakı–Pirşağı–Sumqayıt xəttinin təkmilləşdirilməsi, bu istiqamətdə dəmiryol xəttinin qatarburaxma və sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Bu xətt üzrə Kürdəxanı, Fatmayı və Saray qəsəbələrində də dəmiryol dayanacaqlarının yaradılması planlaşdırılır. Görülən işlər çərçivəsində Nərimanov stansiyasında da qatarlara dayanacaq verilməsi planlaşdırılır.

“Dövlət Proqramından irəli gələn məsələlərdən biri də Güzdək−Qaradağ xəttinin bərpasıdır. Bu dəmiryol xəttinin bərpasından sonra yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı−Xırdalan−Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığının artırılması nəzərdə tutulub”, - Anar Rzayev bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Yanvar 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri