Icma.az
close
up
RU
“BakıKart”ın sahibi daşıyıcı şirkətləri milyonlarla manat borcda günahlandırır QALMAQAL

“BakıKart”ın sahibi daşıyıcı şirkətləri milyonlarla manat borcda günahlandırır QALMAQAL

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bir neçə gün əvvəl Bakıda və paytaxt ətafında müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən 10-a yaxın daşıyıcı şirkət Mərkəzi Banka və İqtisadiyyat Nazirliyinə müraciət edib.

Avtosfer.az xəbər verir ki, daşıyıcı şirkətlər ictimai nəqliyyatda gediş haqlarının mərkəzləşdirilmiş qaydada yığılmasını və ödənilməsini təmin edən “K Group” MMC tərəfindən hüquqlarının pozulduğunu bildiriblər.

Şirkətlər şikayət edir ki, 2024-cü il 8 avqust tarixindən “K Group” MMC müqavilə şərtlərini icra edə bilməyib, avtomatlaşdırılmış ödəniş sistemində (“BakıKart”) yaranmış problemlərlə əlaqədar, proqramın daşıyıcı şirkətlərə aid hissəsi bağlanaraq, məlumatların təqdim edilməsi dayandırılıb, günlük yığımlar azaldılaraq ödənilib:
Yaranan problemlə əlaqədar daşıyıcı şirkətlərdən biri, "General-Avto-Company" firmasının icraçı direktoru Asif Rüstəmov Avtosfer.az-a açıqlamsında bildirib ki, daşıyıcı şirkətlər nağdsız ödəniş sisteminin tətbiqi ilə bağlı bir sıra narazılıqlarını ifadə edirlər:

“Keçən ilin avqust ayının 24-dək hər ay razılaşma aktı imzalanırdı. Bu aktda sərnişin daşımalarına uyğun olaraq ödənişlər qeyd olunurdu. Lakin son aylarda bu prosedur pozulub və daşıyıcılar bildirirlər ki, onlara ödənişlərin hansı mənbəyə əsasən hesablandığı barədə dəqiq məlumat verilmir. Şirkət nümayəndələrinin iddiasına görə, bu ilin yanvar ayına qədər konkret marşrut xətləri və avtobuslar üzrə sərnişin sayı haqqında məlumat əldə etmək mümkün olmayıb. Onların “BakıKart” sistemindən dəqiq statistik göstəriciləri əldə etmək üçün etdikləri müraciətlər cavabsız qalıb. Belə olan halda, ödənişlər nəzarətsiz şəkildə həyata keçirilib və bunun nəticəsində bəzi daşıyıcı şirkətlərə az vəsait köçürülüb.

Bundan əlavə, daşıyıcılar “BakıKart” sisteminin tətbiq etdiyi 5%-lik komissiya haqqının yüksək olduğunu bildirirlər. Onların fikrincə, bu məbləğin azaldılması məqsədəuyğun olardı. Şirkətlər məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi şəkildə müraciət ediblər və problemin araşdırılmasını tələb edirlər”.

Şirkət rəhbəri bildirib ki, hazırda bu şikayətlərin araşdırılması üçün müvafiq tədbirlər görülür:

“Daşıyıcı şirkətlər sərnişin sayı və hesablanan məbləğlərin daha şəffaf şəkildə aparılması üçün yeni razılaşma aktlarının tərtib olunmasını tələb edirlər. Onların sözlərinə görə, hər ay üçün detallı statistik göstəricilər əsasında ödənişlərin hesablanması zəruridir.

Bununla bağlı qeyd edim ki, “Xaliq Faiqoğlu” şirkəti, “Kənan-2000” MMC, “Şidli.a” MMC, “Sahil” MMC, “Vətən-az” “Trans” MMC bu şirkətlərdə bu məsələnin araşdırması ilə bağlı müraciət ediblər. Məsələ ilə bağlı aidiyyəti qurumlardan rəsmi açıqlama verilməsi gözlənilir”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Fevral 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri