Icma.az
close
up
RU
Bakını azad edən ordunun varisləri ərazi bütövlüyümüzü tam bərpa etdi

Bakını azad edən ordunun varisləri ərazi bütövlüyümüzü tam bərpa etdi

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


1918-ci il may ayının 28-də Azərbaycanın dövlət müstəqilliyi haqqında istiqlal bəyannaməsi qəbul edildi. Azərbaycan Demokratik Cümhuriyyyəti Azərbaycanın dövlətçilik mərhələsi oldu. Dünyanın neçə-neçə dövləti Azərbaycanı rəsmən tanıdı. Bütün idarəçilik təsisatları, dövlətçilik atributları yaradıldı. Azərbaycan dünyəvi dövlətlər sarasına daxil oldu. Azərbaycan dövlət olaraq uğurlar da qazanırdı. Bakı şəhərinin işğaldan azad edilməsi belə uğurlardan biri oldu.
1918-ci ilin may ayında öz müstəqilliyini elan etməsi ərəfəsində Azərbaycanda son dərəcə mürəkkəb və təhlükəli bir hərbi-siyasi şərait mövcud idi. Belə ki, Cümhuriyyətin elan edildiyi sərhədlər daxilində olan ərazilərin az qala yarıdan çoxu, o cümlədən də Bakı şəhəri Azərbaycan xalqının müstəqilliyinə və mövcudluğuna qənim kəsilmiş yad qüvvələrin işğalı altında idi. Obyektiv tarixi səbəblər üzündən Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə onun müstəqilliyini müdafiə etməyə qadir olacaq yetərli milli hərbi qüvvələr isə hələ təşkilatlanmamışdı. Ona görə də Cümhuriyyət hökuməti hərbi kömək göstərilməsi üçün Osmanlı Türkiyəsinə müraciət etdi və bu müraciətdən sonra Azərbaycana gəlmiş türk hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələri bazasında Qafqaz İslam Ordusu yaradıldı. Osmanlı Türkiyəsinin hərbi naziri olan Ənvər paşanın kiçik qardaşı Nuru paşa bu Ordunun komandanı, Azərbaycanın görkəmli hərbçisi Əliağa Şıxlinski isə onun müavini təyin edildi.
Bakı üzərinə həyata keçirilmiş ilk geniş miqyaslı hücumun nəticələri də onların bu sevincinə əlavə bir qol-qanad verdi. Belə ki, 1918-ci il avqust ayının 5-də Qafqaz İslam Ordusu qüvvələri tərəfindən Bakı şəhərinin yad qüvvələrdən təmizlənməsi üçün başlanılan ilk irimiqyaslı hücum gözlənilən nəticəni vermədi. Qafqaz İslam Ordusu qüvvələri Qurd qapısı istiqamətindən başlanan hücum zamanı bu yüksəkliklərdə yerləşən ilk səngərləri ələ keçirsələr də döyüşün inkişaf etdirilməsi üçün yaranan təchizat çətinlikləri üzündən sonradan əvvəlki mövqelərinə, yəni Qurd qapısı ilə üzbəüz yüksəkliklərə geri çəkilmək məcburiyyətində qaldılar.
1918-ci il sentyabr ayının ortalarına, yəni Qafqaz İslam Ordusu qüvvələrinin Bakı şəhəri üzərinə həlledici hücumunun başlandığı günə qədər Nuru paşanın göstərişi ilə Bakı ətrafında qüvvələrin yenidən qruplaşdırılması aparıldı, müxtəlif manevrlər həyata keçirildi və mövqe döyüşləri davam etdirilirdi.
Sentyabrın 6-da Türkiyədən əlavə olaraq göndərilən 15-ci piyada diviziyası nəhayət ki, Ağstafaya çatdı və oradan da dərhal qatarla Gəncəyə yola düşdü. Elə həmin gün saat 10-da Gəncə dəmir yolu stansiyasında bu diviziya qüvvələrinin qarşılanması oldu. Bundan sonra 15-ci diviziya Bakı ətrafına yola salındı. Bu diviziyanın gəlişi ilə Bakı üzərinə həlledici hücuma hazırlıq son mərhələsinə qədəm qoydu. Həmin hücumun təşkili məqsədilə sentyabrın 10-da Qafqaz İslam Ordusu komandanı Nuru paşa və Azərbaycan korpusunun komandanı Əliağa Şıxlinski Bakı ətrafına gəldilər.
Qurd Qapısı üzərindən hücuma keçmək asan deyildi. Bu sərt təpəliklərə dırmaşmaq üçün yalnız ensiz bir yol var idi. Qoşunlar isə daha geniş bir cəbhədə hərəkət etməli idilər. Onlar gecə ikən Şubanı yüksəkliklərindən enməli, dəmir yolunu keçdikdən sonra sərt təpəliklərə dırmaşmalı idilər. Hələ gündüz ikən bu təbii maneələri adlamaq çox böyük zəhmət tələb edirdi. Gecə isə tam səssizliyə riayət edilməsi, düşmənin duyuq düşməsinə yol verilməməli idi.
Qurd qapısı istiqamətində əldə edilən uğur 15-ci diviziyanın mövqelərində də təkrarlandı.
Sentyabr ayının 14-ü üçün qarşıya qoyulan tapşırığını yerinə yetirən Qafqaz İslam Ordusu qüvvələri həmin günün gecəsini istirahət etməklə bərabər, həm də son döyüşə hazırlıq da keçirdilər. Sentyabr ayının 15-də Qafqaz İslam Ordusu qüvvələri uğurlu hücumu davam etdirdilər və qarşıya qoyulmuş vəzifənin həllinə daha da yaxınlaşdılar. Çıxış yolunun qalmadığını görən Sentrokaspi rəhbərliyi Qafqaz İslam Ordusu rəhbərliyi ilə əlaqə yaradılması üçün yollar aramağa başladı. Bu məqsədlə Sentrokaspi rəhbərliyi sentyabr ayının 14-də axşam saat 8-də İranın Bakıdakı konsulu Saədülvüzəradan Bakı üzərinə hücumun dayandırılması üçün vasitəçilik etməsi xahiş olundu.
Tərəflər arasında aparılan danışıqlardan sonra Sentrokaspi rəhbərliyi Bakı şəhərini Qafqaz İslam Ordusunun nəzarəti altına verməyi öz üzərinə götürdü. Beləliklə, Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusu tərəfindən azad edildi. “Sentrokaspi” Diktaturasının şəhərdəki dayaqları olan qüvvələr gəmilər vasitəsilə qaçıb canlarını qurtardılar. Qaçmaq imkanı olmayanlar isə təslim oldular.
Bakının azad edilməsi xəbərini M.Ə.Rəsulzadə İstanbulda olarkən eşitmişdi. O dərhal Azərbaycan hökumətinin sədri F.Xoyskiyə teleqram göndərib Azərbaycan xalqını və hökumətini bu tarixi hadisə münasibətilə təbrik etdi. Teleqramda deyilirdi: “Hürriyyət və istiqlaliyyət uğrunda çarpışan türk millətinin istinadgahı olan Bakının qurtuluşu münasibətilə rəisi bulunduğunuz hökumət ərkanını candan təbrik edər və salamlaram”.
Bakını azad edən ordunun varisləri Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdi. Azərbaycanın dövlət müstəqilliyi də yaşadılır, ərazi bütövlüyü də. Azərbaycan dünyəvi və bəşəri dövlət kimi dünya dövlətlərinin ehtiramı ilə əhatələnib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri