Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Bakının 90 kmliyindəki mistik məkanın ismarışı

Bakının 90 kmliyindəki mistik məkanın ismarışı

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Sükutun səsi

Paytaxt Bakıdan qopub, Qobustan-Şamaxı yönünə doğru doğru yol alınca, ruhumun bir başqa üfüqə açıldığını hiss etdim. Yol getdikcə mənə qəribə bir hüzur və qeyri-adi, xoş bir sükut gətirirdi. Diri Baba türbəsinə yaxınlaşdıqca, sanki zamanın özünü buraxıb, keçmişlə gələcəyin ortasında salınmış o məkanın gizəmi məni bürüdü.

Qaya döşündə, elə qaya üzərində yerləşən bu gizəmli məkan elə bil yalnız daşdan deyil, həm də yüzillərin alğışla, dua ilə, ümid və inancla yoğurduğu mistik enerjidən şəkillənib. Ayağımı pillələrə qoyanda tarix öz nəfəsi ilə salamladı məni. Dərə boyu əsən və dağdöşüncə yayılan yüngül meh bir ruhun pıçıltısıydı: “Düşün, dayan, dinlə”…

Diri Baba türbəsinin qapısından keçincə mistik güclərlə qorunan bir məkana daxil olmaq hissi bürüdü məni. İçəridəki sükut sanki bir pərdətək bütün dünyəvi səsləri bağlayırdı... Ora yalnız bir türbə deyil, həm də düşüncəni, mənliyi carilikdən təmizləyən bir ocaqdır sanki. Divarlara toxunduqca, daşların soyuqluğunun istiliyi (!) ilə yanaşı insanlığın sönməz işığını hiss etmək mümkün.

Çevrədə pıçıldayan alğışlar, dualar, axar çayların ahəngində oxunan qədim nəğmələr kimiydi. Daş divarların kölgəsində ürəyimizdən keçən işıqlar ayrı bir aləmdi. Hər diri diri deyil, hər ölü ölü!.. - Məkanın verdiyi əsas ismarış bu olsa gərək… Mən xurafatçı deyiləm, doğrusu, dindar da deyiləm və Diri Baba ziyarətgahını da qapalı bir hövzə kimi deyil, zəka, təfəkkür və ruhi gücün zamana meydan oxuması aktı kimi qəbul edirəm.

Türbənin yanıbaşındakı mağara-doğal dərs odaları məni özəlliklə təsirləndirdi! Yəni yüz illər öncə bu torpaqlarda öyrətimə, dərsə, bilimə, oxuya, yazıya, kitab-dəftərə necə önəm, dəyər verildiyinin subutudur o mağara-doğal dərs odaları!.. O mağaradakı işıqlandırma yöntəmi - dəvə yağı, mum və s. oyuqları günümüzdə də işıq saçır kimi gəldi mənə… O dağdöşü dərs odaları “hər elmi hər adama öyrətməzlər” ismarışının coğrafi-fiziki şəklidir sanki. Sanki xəlvətilik, çilə, inziva məqamlarındakıları gördüm gəldim…

Diri Baba türbəsindən ayrılarkən dağların hüzuruna bir daha salam-sayğı göndərdim. Deyirlər, Diri Baba türbəsi ziyarətçini yalnız səfərə çıxarıb geri qaytarmır, həm də iç dünyasındakı yeni bir cığıra çıxarır... Olsun!

P.S. Bizi gözəl qarşılayıb, gözəl ağırlayan ziyarətgah sorumlusu, Ocaq yükümlüsü (Kompleksin direktoru) Yusif Nazimə, yol yoldaşlarıma sevgi-sayğılar!

Dövlətimiz zaval görməsin!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Yanvar 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri