Icma.az
close
up
RU
Bakının alternativ yol problemi: Ya yoxdur, ya da işə yaramır

Bakının alternativ yol problemi: Ya yoxdur, ya da işə yaramır

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı son illərdə sürətlənsə də, alternativ yolların çatışmazlığı və ya mövcud olanların bərbad vəziyyətdə olması hələ də aktual problemlərdən biri kimi qalır. Xüsusilə əsas yollara alternativlərin ya olmaması, ya da istifadəyə yararsız hala düşməsi sürücüləri çətin vəziyyətdə qoyur. 
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, alternativ və alternativsiz yollar bir-birini tamamlamalıdır:
"Alternativ yol anlayışı adətən böyük şəhərləri birləşdirən, respublika əhəmiyyətli və bir ölkəni digər ölkə ilə bağlayan yollar silsiləsinə aiddir. Respublika tipli yolların keyfiyyəti artıq beynəlxalq normalarla ölçülür. Düzdür, daxili yollar da beynəlxalq normalara uyğun olmalıdır, amma daxili yolların özünün respublika tabeli, yerli tabeli və s. kimi müxtəlif növləri mövcuddur. Sinxronlaşdırıldıqda belə, daxili yolların digər şəhər və qəsəbələrlə əlaqəsini təmin edən kommunikasiya yollarının təmirli və ya təmirsiz, daş örtüklü, torpaq örtüklü, birinci dərəcəli və ya ikinci dərəcəli olması yollar arasındakı fərqi yaradır. Bu da yol hərəkəti nişanlarına təsir edə bilər".
O bildirib ki, magistral yolların alternativi kifayət qədər mövcuddur:
"Amma şəhərdaxili yollarda, xüsusilə paytaxtda, alternativ yollar olmaya bilər və bunu etiraf etmək lazımdır. Bu, bizim potensialımıza nə dərəcədə uyğun olduğu barədə düşündürücü sual yaradır. Bu yolların ümumilikdə proqram çərçivəsində, dövlət proqramları ilə həll olunması mümkündür. Əks halda, uyğun olmayan vəziyyətlər meydana çıxa bilər. Dövlət proqramları çərçivəsində bu yollar çəkilir və çəkilməyə davam edir.
Konkret şəhərdaxili yollara gəldikdə isə, onların özünəməxsus problemləri var. Məsələn, şəhər daxilində küçələrin çəkilməsi baha başa gələ bilər, çünki evlərin sökülməsi, torpağın ayrılması, məhkəmə prosedurlarının uzun çəkməsi kimi məsələlər yol inşası zamanı çətinliklər yaradır".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Aprel 2026 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri