Icma.az
close
up
RU
Bakının bu əraziləri qazsız qalacaq Saat 10:00 dan

Bakının bu əraziləri qazsız qalacaq Saat 10:00 dan

Bu gün Bakının Xətai rayonu və Ağdaş rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 23-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə M.Hadi, Sarayevo, Q.Nəbi, kənd Əhmədli qəsəbəsi, Şirvani, A.Ələsgər, R.Quliyev Babək küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin “Ağdaş” qazpaylayıcı stansiyasında (QPS) yeni qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə “Ağdaş” ölçü qovşağından bu gün saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Ağdaş şəhərinin bir hissəsinin, 1 qəsəbə və 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

seeBaxış sayı:42
embedMənbə:https://sfera.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri