Icma.az
close
up
RU
Bakının bu ərazilərində obyektlər sürətlə bağlanır Təhlükəli səbəb

Bakının bu ərazilərində obyektlər sürətlə bağlanır Təhlükəli səbəb

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Akademik Həsən Əliyev küçəsindəki obyektlər ard-arda boşalır. Belə ki, illərdir fəaliyyət göstərən məişət avadanlıqları, santexnika malları satılan dükanlar fəaliyyətini dayandırır. Həmin obyektlərin üzərində “Kirayəyə verilir”, “İcarəyə verilir” sözləri yazılıb. Xəzər TV-nin hazırladığı reportajda sahibkarlar xüsusilə son iki ay ərzində mağazanı bağlayanların artdığını qeyd edirlər.

Bundan başqa Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrində də eyni mənzərədir. Obyektlər bağlanır, üzərinə “İcarəyə verilir” sözləri yazılır. Bunun bir səbəbi kimi alıcılıq qabiliyyətinin aşağı olması göstərilir. Digər səbəb isə küçələrdə parklama məsələsi qeyd edilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yeni parklama siyasətinin özəl sektora ciddi zərbə vurduğu deyilir.

AYNA-dan verilən məlumata görə, onlar tərəfindən Həsən Əliyev küçəsində ASAN Xidmət mərkəzinin qarşısında və bəzi digər yerlərdə ödənişli parklanma məntəqələri təşkil olunub.

Sitat: “Küçənin digər hissələrində hələ ki, ödənişli parklanma yerləri yoxdur. Təşkil olunmuş ödənişli parklanma yerlərində rezervasiya edilmədən istənilən şəxs ödəniş etməklə nəqliyyat vasitəsini parklamaq hüququna malikdir”.

Doğrudanmı obyektlərin bağlanması parklanma məsələsi ilə əlaqədardır?

Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirovun fikrincə, bu məsələdə bir deyil, bir neçə faktor rol oynayır.

Eldəniz Əmirov

O deyib ki, həmin ərazidə tikinti işlərinin aparılmasını istisna etmir:

“Burada parklanma məsələsi də yer alır. Eyni zamanda hesab edirəm ki, məhz sözügedən ərazidə müəyyən tikinti işlərinin aparılması, yeni yolun çəkilməsi kimi məsələlər var ki, onlar da bu yol üzərində olan dükanların fəaliyyətinə öz təsirini göstərir. Əgər müxtəlif yerlərdə oxşar vəziyyət yaransa, bunu birbaşa dayanacaq faktoru ilə əlaqələndirmək olar. Amma bir marşrut istiqaməti üzrə yerləşən ərazilərdə bu problem yaşanırsa, artıq bu, burada digər faktorların da rol oynadığını göstərir”.

Globalinfo.az xatırladır ki, AYNA-nın yeni parklama siyasəti tətbiq ediləndən sonra yol kənarlarında yerləşən dükanlar, apteklər, restoranla, digər iaşə obyektləri ciddi zərərə düşüb. Həmin obyektləri işlədən ticarətçilər deyirlər ki, maşını saxlayıb dükandan nəsə almaq istəyən şəxslər yüksək məbləğdə cərimələnir. Həmçinin avtobus və velosiped yollarının təyin edilməsi də bu prosesə mənfi təsir göstərir.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Fevral 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri