Bakının bu ərazisində ev və torpaq alanlar qazana bilər
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Ələtdə hava limanının tikintisi və logistika imkanlarının genişlənməsi daşınmaz əmlakın satış və kirayə qiymətlərini artıra bilər.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasının inkişafı ilk növbədə qeyri-yaşayış sahələrinə tələbatı artıracaq. Ərazidə istehsal, logistika, anbar və xidmət obyektlərinin genişlənməsi bu sahələrin qiymətlərinə təsir göstərəcək.
"Azad iqtisadi zonada təqdim olunan imtiyazlar həm xarici investorların, həm də yerli şirkətlərin marağını artırır. Biznes fəaliyyətinin genişlənməsi ilə logistika mərkəzlərinə, anbarlara və yükdaşıma xidmətləri üçün nəzərdə tutulan obyektlərə tələbat yüksələcək. İlkin mərhələdə qeyri-yaşayış sahələrinin qiymətlərində təxminən 30 faiz artım proqnozlaşdırırıq. Uzunmüddətli perspektivdə isə bu obyektlərin qiymətləri indiki səviyyə ilə müqayisədə 2-2,5 dəfə arta bilər", - deyə o bildirib.
V.Oruc vurğulayıb ki, qiymət artımının birdən-birə baş verəcəyi gözlənilmir. Bu proses layihələrin icra tempindən və ərazidə iqtisadi fəallığın yüksəlməsindən asılı olacaq.
Ekspertin sözlərinə görə, hava limanının yükdaşımalar üçün 2027-ci ilin mart-aprel aylarında hazır olmasının planlaşdırılması daşınmaz əmlak bazarı üçün mühüm amildir. O qeyd edib ki, ilkin mərhələdə təxminən 500 min ton yükün daşınması, sonrakı dövrdə isə bu həcmin bir neçə dəfə artırılması nəzərdə tutulur.
"Yeni müəssisələrin fəaliyyətə başlaması və işçi qüvvəsinin əraziyə cəlb olunması yaşayış sahələrinə, xüsusilə kirayə mənzillərə tələbatı artıracaq. İlkin dövrdə kirayə qiymətlərində 20-25 faiz artım gözləyirik. Layihələr nəzərdə tutulan qaydada həyata keçirilərsə, uzunmüddətli perspektivdə hazırda 250-300 manata kirayə verilən mənzillərin aylıq kirayə haqqı 600-700 manata, bəzi hallarda isə 800 manata çata bilər", - deyə AQC sədri əlavə edib.
V.Oruc hava limanına və iqtisadi zonaya yaxın torpaq sahələrinin də bahalaşacağını proqnozlaşdırıb. Onun qiymətləndirməsinə görə, ilkin mərhələdə bu sahələr üzrə təxminən 20 faiz artım mümkündür. Yerləşmə və infrastruktur imkanlarından asılı olaraq ayrı-ayrı ərazilərdə artım daha yüksək ola bilər.
"Məsələn, hazırda bir sotu 4 min manat olan torpaq sahəsinin qiyməti layihələrin ilkin təsiri ilə 5,5 min manatadək yüksələ bilər. Ərazi inkişaf etdikcə və layihələr istismara verildikcə daha yüksək artım da mümkündür. Bu tendensiya fərdi yaşayış evləri, kotteclər və mənzillərin qiymətlərinə də təsir göstərəcək", - deyə o qeyd edib.
Ekspert hesab edir ki, Ələtin iqtisadi mərkəzlərdən birinə çevrilməsi ərazinin investisiya cəlbediciliyini gücləndirə bilər. Bu halda uzunmüddətli perspektivdə daşınmaz əmlak qiymətlərinin Bakının bir sıra rayonlarındakı orta qiymət səviyyəsinə yaxınlaşması mümkündür.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:128
Bu xəbər 20 Oktyabr 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















