Bakının bu küçəsində 18 ev söküləcək: Nə qədər kompensasiya veriləcək? (VİDEO)
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və yol kənarındakı bəzi obyektlərin sökülməsi nəzərdə tutulur.
Qaynarinfo İTV-yə istinadən xəbər verir ki, küçədəki bəzi evlər ötən il sentyabrın 17-dən etibarən işarələnib.
Sakinlərin sözlərinə görə, onlara əvvəlcə kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib. Daha sonra isə ərazidəki və yaxınlıqdakı binalarda evlərin kvadratmetri hansı qiymətədirsə, kompensasiyanın da həmin qiymət əsasında hesablanacağı bildirilib.
Sakinlər söküntünün nə vaxt başlayacağı ilə bağlı dəqiq məlumat verilmədiyini deyiblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində tunel tipli yolötürücüsü, dairəvi hərəkətin təşkil olunduğu yolayrıcı, eləcə də Qaradağ istiqamətində yan yol yaradılacaq.
"Layihənin əsas məqsədi müxtəlif istiqamətlər üzrə nəqliyyat axınlarını ayırmaq və pik saatlarda yaranan sıxlığı azaltmaqdır. Məhəmməd Xiyabani küçəsində söküntü işlərinə yaxın bir-iki ay ərzində başlanılması planlaşdırılır.
Layihənin 2030-cu ilə qədər tam yekunlaşdırılması nəzərdə tutulur", - deyə məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 29 Sentyabr 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















