Bakının bu küçəsindəki səkiyə qalxıb düşmək üçün lift lazımdır FOTO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxt Bakıda velosiped infrastrukturunun genişləndirilməsi istiqamətində daha bir addım atılıb. Nəcəfqulu Rəfiyev küçəsində operativ şəkildə velozolaq təşkil olunub.
Avtosfer.az xəbər verir ki, bu dəfə də Xaqani küçəsində tətbiq olunan praktika davam etdirilərək “Amay” Ticarət Mərkəzinin qarşısındakı parkinq yerləri saxlanılıb. Velozolaq həmin parkinq zolağından sonra salınıb.
Lakin ərazidə diqqət çəkən başqa bir detal da var, çəkilən fotolarda velosiped yolu ilə paralel yerləşən səkilərin qeyri-adi dərəcədə hündür olduğu görünür. Bu isə sakinlərin haqlı narazılığına səbəb olub. Sosial şəbəkələrdə yayılan şərhlərdə bu səkilər “hovuz tramplini”nə bənzədilərək tənqid olunur. Belə səkilər nəinki velosipedçilər, həm də piyadalar üçün ciddi narahatlıq və təhlükə yaradır.
Mütəxəssislər qeyd edirlər ki, bu cür texniki həllər şəhər mühitinə uyğun dizayn edilməli, hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməlidir. Əks halda, yaxşı niyyətlə görülən işlər effektiv nəticə verməyəcək.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 30 İyul 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















