Icma.az
close
up
RU
ABŞ niyə İranı məhv etməyə çalışır? Müharibəyə səbəb ola biləcək 3 qəbuledilməz şərt TƏHLİL

ABŞ niyə İranı məhv etməyə çalışır? Müharibəyə səbəb ola biləcək 3 qəbuledilməz şərt TƏHLİL

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran və ABŞ arasındakı münaqişədə sülh üçün ümid işığı yaranıb- hər iki tərəf danışıqlara və mübahisələrin sülh yolu ilə həllinə hazır olduqlarını bəyan edir. Lakin Donald Trampın İran hakimiyyəti üçün qoyduğu şərtlər Tehran üçün qəti şəkildə qəbuledilməzdir. Bəs niyə belədir və Vaşinqtonun əsl niyyətləri nədir?

Siyasi analitiklərə görə, ABŞ-ın 3 əsas şərti bunlardır;

1. Nüvə enerjisi ilə bütün fəaliyyətləri dayandırmaq

2. Raket proqramını məhdudlaşdırmaq

3. Yaxın Şərqdəki proksi qüvvələri buraxmaq.

ABŞ prezidenti Donald Trampın fikrincə, məhz bu şərtlərin qəbulu İranı Amerika hücumundan xilas edə bilər. "Ümid edirəm ki, razılaşma əldə edəcəyik. Bunu edə bilsək, əla olar. Bunu edə bilməsək, hamımız nə olacağını görəcəyik",- deyə o bildirib. Lakin ABŞ açıq şəkildə İran probleminin hərbi həllinə hazırlaşır.

İran Xarici İşlər Nazirliyi bildirib ki, Vaşinqtonla danışıqlar yaxın günlərdə Türkiyədə baş tuta bilər. Trampın fikrincə, razılaşma əldə olunsa, bu, bütün İran-Amerika fikir ayrılıqlarını həll edə bilər. Prezident Məsud Pezeşkian Vaşinqtonla "ləyaqət, ehtiyatlılıq və məqsədəuyğunluq prinsiplərinə əsaslanaraq" dialoq aparmağı əmr edib.

Qeyd edək ki, İran və ABŞ 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planını və ya sadə dillə desək, "Nüvə Sazişi"ni imzalayanda belə bir müqavilə bağlamışdılar.Nominal olaraq, müqavilədə İranın nüvə proqramını MAQATE-nin nəzarət altına alacağı və mülki nüvə enerjisinin inkişafına məhdudiyyətlər qoyacağı, bunun müqabilində isə ABŞ və Qərb ölkələrinin sanksiyaları ləğv edəcəyi nəzərdə tutulurdu. Lakin müqavilənin əsl mahiyyəti nüvədən çox uzaq idi- ABŞ İranı qlobal iqtisadiyyata cəlb etməklə onu Çin və Rusiyadan Qərbə yönəltməklə İran rejimini dəyişdirməyə çalışırdı. Və bu proses uğurla başladı- məsələn, sanksiyalar qaldırıldıqdan sonra iranlılar Rusiya ilə bir sıra müqavilələri ləğv etdilər və Avropa şirkətləri ilə oxşar müqavilələr imzaladılar. Təkcə Fransa və İtaliya təxminən 33 milyard dollar dəyərində müqavilələr əldə etdilər.

Lakin sonra Tramp 2018-ci ildə gəldi və müqaviləni cırıb atdı. Bu isə, ABŞ-a və İsrailə yaramadı, çünki İranın dinc nüvə enerjisi hüququnu təsdiqləmiş oldu. Çoxları Trampı o vaxt bu addımına görə tənqid etdi və indi də müqaviləyə qayıtmağa çağırır. Lakin Trampın geri qayıtmaq niyyəti yoxdur və onun rədd edilməsində bir məntiq var.

Fakt budur ki, 2015-ci il müqaviləsi həmin vaxt İran üçün ideal hesab olunurdu- təsiri Aralıq dənizindən Əfqanıstanın şərqinə qədər uzanan, daxili olaraq möhkəmlənən, öz sənayesi və (sanksiyalara baxmayaraq) işlək iqtisadiyyatı olan güclü bir dövlətə çevrilirdi. Hərbi həll isə Qərb üçün çox baha başa gələn, uğur zəmanəti olmayan, Hörmüz boğazının blokadası, Yaxın Şərqdəki Amerika bazalarının məhv edilməsi və s. kimi böyük yan təsirləri olan bir variant kimi qəbul edilirdi.

Lakin, 2026-cı ildəki İran tamamilə fərqli bir dövlətdir. Suriya və Livandakı bir sıra məğlubiyyətlər onun təsir dairəsini azaldıb. Bir sıra iqtisadi geriləmələr, təbii fəlakətlər (xüsusən də quraqlıq) ciddi iqtisadi böhrana və sosial narazılıqlara səbəb olub.

Tramp Tehrandan təkcə nüvə silahı proqramından imtina etməyi deyil (İran buna razı olduğunu dəfələrlə bildirib və onun səmimiyyəti MAQATE müfəttişləri tərəfindən təsdiqlənib), həm də dinc nüvə enerjisindən tamamilə imtina etməyi tələb edir. İranın müqaviləni imzalayan ölkə kimi bunu etmək hüququ var, lakin ABŞ (və İsrail) iranlılara (və dolayı şəkildə MAQATE-yə də) etibar edilməməli olduğunu iddia edir. Onların mövqeyi qətidir-Tehranın nüvə enerjisi ilə məşğul olmasına heç cür imkan verilməməlidir. İran üçün isə dinc nüvə enerjisi yalnız ucuz enerji deyil, həm də statusdur. Buna görə də Tehran nüvə proqramından imtina etməyə hazır deyil.

İkincisi problem İranın raket proqramıdır. Raketlər İranın əsas hücum silahıdır. Onların sayı və növləri daim artır, gücü, nüfuzetmə məsafəsi və keyfiyyəti yaxşılaşır. Və onlar hazırda həm İsrail, həm də bazaları bölgədə yerləşən ABŞ üçün ciddi başağrısıdır. Tramp Tehrandan raket sistemlərini tamamilə sökməsini tələb edir və iddia edir ki, bu sistemlər regional təhlükəsizliyə təhdiddir.

İranın isə raketlərindən imtina etmək niyyəti yoxdur. Bunlar Fars körfəzində və Hind okeanında İsrail və ABŞ hərbi bazalarına , həmçinin hərbi gəmilərinə zərbə endirə bilən yeganə silahlardır.

ABŞ və İsrail üçün daha bir problem isə “Müqavimət Oxu”dur. Yaxın Şərqdə İran tərəfindən idarə olunan və ya Tehranla müttəfiq olan proksi qüvvələr şəbəkəsi İran tərəfindən İsrailə qarşı çıxmaq və bölgədəki digər maraqlarını irəli sürmək üçün istifadə olunur. ABŞ İranın onları dağıtmasını istəyir.

Son dövlər İranın proksi qüvvələri bir qədər zəifləsə də, bəziləri hələ də güclüdür. Məsələn, İraqdakı Həşd əl-Şabi kimi tanınan təşkilat həm strukturlarını, həm də 100 000 döyüşçüdən ibarət ümumi güclərini qoruyub saxlayıblar. Onlar tam döyüşə hazırdırlar. Digər proksi qüvvələr də hərbi güclərini bərpa etməyə girişiblər.

Yəni, İran raketləri təbii ki, təsiredici gücdür, lakin Amerika bazaları və İsrail sərhədlərinin yaxınlığında real döyüş təlimi keçmiş proksi qüvvələrin varlığı daha bir güc mənbəyidir.

Beləliklə, nüvə proqramı, raketlər və “Müqavimət Oxu” (proksi qüvvələr) Tehran üçün çox ciddi mövcud aktivlərdir. Onlar İranın təhlükəsizliyinin əsasını təşkil edir. İran hakimiyyəti onları təslim etməyə hazır deyil. Ona görə də əksər ekspertlər iddia edirlər ki, əgər Tramp bu məsələlərdə israr etməyə davam edərsə, danışıqlar uğursuzluğa məhkumdur. Bundan sonra hərbi əməliyyatların başlaması qaçılmaz olur. Bu isə böyük bir region üçün son dərəcə təhlükəli nəticələrə səbəb ola bilər.

Elçin Bayramlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri