Bakının bu rayonunda su kəsiləcək
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sabah Bakının Sabunçu rayonuna içməli suyun verilməsində fasilə yaranacaq.
Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Məlumata görə, buna səbəb rayonun ərazisinin bir hissəsini su ilə təchiz edən boruda təmir işlərinin aparılmasıdır.

