Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır VİDEO
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək.
Bizim.Media xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq.
Uzun müddətdir bu xəbəri gözləyən sakinlər deyirlər ki, artıq bu evlərdə yaşamaq mümkün deyil. Bəzi sakinlər isə təklif olunan kompensasiya ilə razılaşmadığını bildirir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş planına əsasən artıq ötən ildən 200-dən çox qəzalı və istismar müddətini bitirmiş binaların söküntüsünə start verilib. O ki qaldı bu ərazilərdə sakinlərə veriləcək kompensasiyalara, o barədə hələ ki, heç bir informasiya yoxdur.
Vüqar Oruc onu da əlavə edib ki, söküntü prosesinin həm investorlar, həm də dövlət hesabına həyata keçirilməsi nəzərdə tutulur. İnvestoralar tərəfindən sökülən binaların yerində yeni yaşayış binalarının inşası, dövlət hesabına köçürüləcək ərazilərdə isə abadlıq işlərinin aparılması, park və yaşıllıq sahələrinin salınması plalaşdırılır.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 01 Oktyabr 2026 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















