Icma.az
close
up
RU
Alpay Azərin Taxma kirpiklər hekayəsində maddi və ruhani dəyərlər arasındakı ziddiyyət

Alpay Azərin Taxma kirpiklər hekayəsində maddi və ruhani dəyərlər arasındakı ziddiyyət

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Sovet ədəbiyyatı nəzəriyyəçisi və tənqidçisi Viktor Şklovski qeyd edirdi ki, yazıçı həyatda dəyərlər arasında baş verən ziddiyyətləri sadə və diqqətçəkən dildə çatdırmağı bacarmalıdır. Müasir ədəbiyyatımızda bu xüsusiyyətləri öz yaradıcılığında birləşdirən və müxtəlif mövzulu hekəyələri ilə tanınan yazıçı Alpay Azərdir. Onun "Taxma kirpiklər" hekayəsi həyatın acı reallıqları: itki, xəyal qırıqlığı, məsuliyyət və vicdan kimi dərin emosional mövzulara toxunur.

“Taxma kirpiklər” hekayəsi, ilk baxışda məişət zəminində bir dram kimi görünsə də, əslində identiklik (özünüdərk), yadlaşma və həqiqətin süni qatları barəsində fəlsəfi mövzulu hekayədir.

Hekayənin üslubu Raymond Karver və ya Ernest Heminquey yaradıcılığına xas olan “Aysberq nəzəriyyəsi”ni xatırladır. Müəllif hadisələri çox sadə, bəzən hətta soyuq bir dillə təsvir edir, lakin bu sadəliyin altında böyük bir emosional təzyiq gizlidir. Taxma kirpiklər sadə bir metafora hesab olunmamalıdır. Bu detal əsərdə mərkəzi simvoldur. Bu, sadəcə bir kosmetik vasitə deyil, insanın öz gerçəkliyini gizlətmək üçün istifadə etdiyi “maska”dır. Dünya ədəbiyyatında Luici Pirandellonun(İtalyan yazıçısı və dramaturqu) “Maska və üzlər” fəlsəfəsi ilə səsləşir. Qəhrəman taxma kirpiklər sayəsində dünyaya başqa bir pəncərədən baxmağa və ya dünyanın ona başqa cür baxmasına çalışır.

Hekayə görüş səhnəsiylə başlayır və fərqli xarakterlər qarşılaşdırılır: Uşaqlıq dostu olan iki bacı — Lamiyə və Jalə — digər bacıları Nisə ilə birlikdə böyük villada görüşürlər. Onlar emosional–ruhsal gərginlik və ağrı içindədirlər: uzun zamandır özlərini toplaya bilmirlər, çünki… bir müddət öncə ailəyə ağır itki üz verib.

Əsərin əsas dramatik süjeti — Lamiyənin qardaşı Nadirin xaricdə — Stokholmda — ağır maşın qəzasında dünyasını dəyişməsi, ölümündən sonra onun nəşinin Bakıya gətirilməsi və dəfn məsələlərinin bacısı Lamiyənin üzərinə düşməsi ilə bağlıdır. Lamiyə uzun müddət stress, bürokratik çətinliklər, notarius, sənədləşmə, pul xərcləri (otuz min avrodan çox) və emosional sarsıntılarla üzləşir.

Hekayədə həmçinin Lamiyənin həyat tərzi göstərilir: o, Bakıda iki gözəllik salonu və bir estetik klinika işlədirdi, tez-tez Dubaya, Berlinə, Parisə uçur, bahalı həyat sürürdü. Verilən detallardan görünür ki, o asan həyatın içində idi — amma bu itki və məsuliyyət onu həyati çətinliklərlə üzbəüz qoydu. Eyni zamanda, Lamiyə və Jalə arasındakı dostluq, sosial status, qısqanclıq, qadınlar arasındakı münasibət, cəmiyyətin gözləntiləri — bütün bunlar hekayədə yer alır. Jalə Lamiyənin bahalı həyat tərzinə, “taxma kirpiklər” kimi makiyaj elementlərinə, bəzən makiyaj və zahiri görünüşə verdiyi önəmə baxmayaraq, daxili duyğular, vicdan və real həyatın çətinlikləri qarşısında belə itkinin yaratdığı boşluğu görür.

Lamiyənin bahalı salonları, estetik mərkəzi, tez-tez səyahətləri, “farfor” fincanlar, bahalı şokolad-şirniyyat, taxma kirpiklər — bunlar xarici görünüşün, rahatlığın və cəmiyyətin gözləntilərinin anlamıdır. Hekayə göstərir ki, bu rahatlıq və imtiyazlar insanı xarici görüntü ilə bəzəsə də, həqiqət — insan itkisi, ölüm qarşısında insan zəif düşür. Lamiyənin estetik görüntülü salonu və bahalı yaşayışı, geniş sosial dairəsi ola bilər, amma maddi zənginlik real itkini unutdururmu? Hekayə bu suala təkcə “yox” cavabını verir.

Bu konflikt (zahiri rifah və daxili sarsıntı) oxucunu sual qarşısında qoyur: Bahalı fincanlar, taxma kirpiklər, “sosial status” nə qədər insanın daxili həyatını, vicdanını qoruyur? Hekayənin adı daxili deqredasiyanın, mənəvi böhranın qaysağıdır. Əsərdə baş rollarda qadınlardır, amma onlar öz faciələrinin bataqlığındadırlar. Onların hər biri sünidir, heç bir əlamətdar rollara sahib deyillər. Qadın isə gözəlliklə təbiiliyin simvoludur.  Gözəllik süniliklə ziddiyyət təşkil edir. Fransız mütəfəkkir Jan Jak Russo yazırdı ki, qadınların "süniliyi" təbiətdən gəlmir, sosial təzyiqlərlə bağlı olaraq onlar uşaq vaxtından məcburedilən tərəfdir.

Əsəri bu xüsusda həm də Simone de Bovuarın fəlsəfəsi ilə əlaqələndirmək olar. Qadının öz xarici görünüşünə bu qədər diqqət yetirməsi və “taxma” vasitələrə ehtiyac duyması, cəmiyyətin qadın üzərində qurduğu “gözəllik standartı” təzyiqinin nəticəsidir. Bu, fərdi azadlığın itirilməsi və insanın obyektləşməsi prosesidir.

Hekayədə göstərilir ki, əvvəlki bütün şübhələr, xəyallar, qısqanclıqlar və “şeytan pıçıltısı” adlandırılan təsəvvürlər gerçəklikdə özünü doğrulda bilmir. Firuz və Lamiyənin boşanma həddində olduğu düşünülsə də, reallıqda onlar sən demə, bircə işarəyə bənd imişlər və ilk imkanda barışırlar. Bu da reallığın əsas dinamikası – ailəni hər vəchlə qorumaqdır, hətta bu qoruma yalan, teatrallıq və sosial performans hesabına baş versə, belə.

Lamiyənin həyat tərzi, bahalı süfrələr, nümayişkaranə barışma səhnələri – bunlar ailənin gerçək emosional vəziyyətini deyil, onun cəmiyyət qarşısındakı yerini göstərir. Faiq və Jalənin də nəticədə eyni qənaətə gəlməsi (“bunlar boşanmamalıdır”) onların öz münasibətləri üçün də psixoloji güzgüdür: başqasının ailəsini qorumaqla, əslində, özlərinin məhv olmaq qorxularını kompensasiya edirlər.

Əsərin sonundakı hədiyyə və Jalənin gülüşünü boğması isə göstərir ki, əslində hər kəs öz rolunu oynayır, maskalar üzlərə taxılır, hər şey “normala dönür”, lakin bu normallıq səmimiyyətdən daha çox gözdən asılan pərdədir.

“Taxma kirpiklər” gündəlik dialoqlar, sosial hadisələr və münasibətlər üzərində yazılmış realist hekayədir. Ancaq struktur ölçüsündə diqqətçəkən məsələ onun parçalanmış səhnələr toplusu kimi qurulmasıdır — yəni hekayə ardıcıl bir süjet xətti olmadan, müxtəlif epizodlar (çay süfrəsi, qısqanclıq dialoqları, yuxu səhnəsi, təyyarə xəyalları) üzərində yaradılıb. Bu, müasir nəsrin xarakterik xüsusiyyətidir. Bu ölçü xətti XX əsr modernizmi və postmodernizmi dövründə formalaşıb və estetik strategiya kim adlandıra bilərik. Bu mənada rus tənqidçisi Viktor Şklovski qeyd edirdi ki, “İncəsənətin məqsədi əşyanı tanımaq yox, onu görmək hissini bərpa etməkdir. Buna görə də incəsənət qavrayışı çətinləşdirir və formaları mürəkkəbləşdirir”. Lakin Georq Lukaç “Roman nəzəriyyəsi” (1916) kitabında bu məsələyə tənqidi mövqedən yanaşaraq qeyd edirdi ki, “Formanın dağılması dünyanı bütöv qavrama imkanının itirilməsindən xəbər verir” O, modernist və postmodern fraqmentasiyanı ictimai məsuliyyətdən yayınma kimi görürdü. Lakin ədəbiyyat incəsənətin bir növüdür. İncəsənət isə insanı hərəkətə çağırmalıdır. Eynən abstrakt ekspressionizmin nümayəndəsi Cekson Pollokun – Number 1A, 1948, “Convergence” əsərlərini misal göstərə bilərik. Ki, rəsmi struktur yoxdur, sadəcə sual var – Sualı isə əsərin önündə dayanan şəxs tapmalıdır. Ümumilikdə, əsərdə hadisələr “hərəkət” xətrinə deyil, personajların daxili dünyalarını, qorxularını və qarşılıqlı təsirlərini göstərmək üçün verilir.

Hekayənin mövzusundan yola çıxsaq, əslində, insanı darıxdıran yalnız sıxıcı vəziyyət və yaxud məhəbbət deyil. Darıxmaq, həm də bağlanmağın(vərdiş) sinonimi kimidir. Bu daxili hiss eyni zamanda öyrənməklə əlaqəlidir. Öyrənmək və öyrətmək – hər iki anlayış savabi əhəmiyyətlidir. Yazıçı bu mənada öyrətməyi və özünə bağlamağı bacarmalıdır. Hər hansı bir əsəri oxuyarkən hadisələrin isti münasibəti ilə qarşılaşmaq vacibdir. Ki, daha sonra həmin hadisələrin bir üzvünə çevrilmək və bağlanmaq ehtiyacı hiss edilsin.  Alpay Azərin məhz “Taxma kirpiklər” hekayəsi oxucunu özünə çəkən (hekayədən çox) hadisədir. Reallıq isə hadisə ilə bağlı olduğu üçün oxucu özünü reallığın içərisində tapır və obrazlarla, ziddiyyətlərlə qarşılaşdıqca baş verən proseslərin bir növ sakini olur 

Alpay Azər Azərbaycanın müasir nəsrində məxsusi yol və müşahidələrə sahib müəllif kimi diqqət çəkir. Onun hekayələrindəki mövzu fərqliliyi nəsrimizi zənginləşdirən əsas cəhətlərdəndir.


İstifadə olunmuş ədəbiyyat

Alpay, A. Taxma kirpiklər (“Hisslər və macəralar” silsiləsindən) // Ədəbiyyat qəzeti, 17 avqust 2024. Lukaç, G. Roman nəzəriyyəsi (The Theory of the Novel). 1916. Russo, Jan-Jak. Emil və ya tərbiyə haqqında (Émile, ou De l’éducation). V kitab. 1762. Şklovski, V. İncəsənət üsul kimi (Искусство как приём). 1917. Şklovski, V. Nəsrin nəzəriyyəsi (Теория прозы). 1925. Pirandello, L – şəxsiyyət və maskalar mövzusu haqqında analitik məqalə.
Elektron resurs: Polyglottist Language Academy.

Ədəbiyyatşünas: Elmir Həsən

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 Fevral 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see329

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see237

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see205

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see152

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see151

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri