Icma.az
close
up
RU
İran ətrafındakı xaosun enerji bazarına TƏSİRLƏRİ Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

İran ətrafındakı xaosun enerji bazarına TƏSİRLƏRİ Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Bu ilin ilk ayının sonunda dünyada və enerji bazarlarında belə təlatümün yaşanmasını məncə heç kəs təsəvvür etmirdi. Çünki geosiyasi təlatümlər bir tərəfdən, iqtisadi qeyri-müəyyənliklərin yaşandığı zaman digər tərəfdən də qəfil klimatik faktorların ortaya çıxması demək olar ki, hər şeyi dəyişdi.
Qlobal bazarlar
Nəticədə, Brent markalı neft London Əmtəə Birjasında 70 dollar həddini aşa bildi, özü də qlobal bazar 2025-ci ilin 1 avqust tarixindən bəri “qara qızılın” bu qiymətə satıldığını görməmişdi. Həftənin əvvəlində isə neft 64 dollardan bir qədər baha satılırdı. Qiymətin birdən-birə gündəlik artımı isə qlobal bazarın nəfəsini dərmədən İran ətrafında yaşanan siyasi gərginliyin hərbi fazaya keçidinə köklənməsidir. Neftin qiyməti bu həddə özünü saxlaya bilməməsi isə bazarda yaşanan qeyri-müəyyənliyin yüksək olması ilə izah edilir.
 

MÖVZU İLƏ BAĞLI:
Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ


Həftə ərzində dünya bazarlarında mavi yanacağın qiymətinin 500 dollara qədər yüksəlməsi isə havaların kəskin soyuq keçməsi səbəbindən Şimal yarımkürəsində qaza tələbatın kəskin artımından qaynaqlanırdı. ABŞ-də qar çovğunu səbəbindən quyuların təqribən 10%-də hasilat müvəqqəti dayandırıldı, bu isə onun ixracında özünü göstərdi. Həmçinin Avropa Komissiyasının 2027-ci ildən Rusiya qazından tam imtina edilməsinə dair yekun sənəd qəbul edilməsi də bazar iştirakçılarında bir narahatlıq hissi yaratdı.
Başqa bir tərəfdən isə sarı qızılın həftə içi bir neçə qiymət rekordu vurmasıdır. Qızıl 5 min dollar həddini keçəndən sonra sanki reallığı itirib və 5626-yə qədər artım nümayiş etdirdi. Qızıla bu cür ajiotaj tələbin olması isə dövlətlərin Mərkəzi Banklarının alışla bağlı təkliflərinin artırmasından qaynaqlanır.
Zəngəzur enerji xətti
Yola saldığımız həftə Azərbaycanın enerji tarixinə düşəcək bir hadisə baş verdi. Azərbaycan “Zəngəzur enerji xətti”nin tikintisinə start verdi. Bəli, rəsmi Bakının neçə illər əvvəl bu haqda anons etdiyi məsələlər artıq reallığa çevrilmək yoluna çıxır. “Azerenerji” ASC Naxçıvan Muxtar Respublikası ilə ölkənin əsas enerji sistemini birləşdirmək məqsədilə Zəngəzur yüksək gərginlikli elektrik xəttinin tikintisinə başladığını açıqlayıb.
Qurumun açıqlamasına görə, Araz çayı boyunca Cəbrayıldan Ağbəndə, yəni Ermənistanla sərhədə qədər 74 km, paralel olaraq isə Naxçıvandan Ordubadın Ermənistanla sərhədinədək 105 km uzunluğunda, ikidövrəli və 1000 MVt yükötürmə qabiliyyətinə malik 330 kVt yüksək gərginlikli ötürmə xəttinin inşaası nəzərdə tutulur.
 

Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 km məsafədə əlavə ötürmə xətti inşa ediləcək və həmin xətt gələcəkdə Ağbənd və Ordubad istiqamətində çəkilən xəttə birləşdiriləcək.


Bu xəttin istifadəyə verilməsi ilə Azərbaycan təkcə Naxçıvanın enerji təhlükəsizliyinin dayanıqlığını təmin etməyəcək, həmçinin Ermənistan, o cümlədən Türkiyə üzərindən Avropa ölkələrinə elektrik enerjisi ixrac etmək üçün daha qısa marşrutun istismara verilməsi üçün bir imkanı da əldə edəcək.
Bir qədər əvvəl bu xəbərə münasibət bildirən Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə verdiyi açıqlamasında Ermənistanın enerji sisteminin Azərbaycan və Türkiyə enerji sistemi ilə əlaqələndirilməsinin məqsədəuyğun olmasını bəyan edib. Onun sözlərinə görə, enerji sistemlərinin inteqrasiyası region ölkələrinin beynəlxalq bazarlara çıxışına şərait yaratmaqla yanaşı, həm də regionun yeni iqtisadi təhlükəsizlik arxitekturasının təməli rolunu oynaya bilər.
Azərbaycan-Avropa enerji dialoqu
İndi isə bu həftə Bakıda baş tutan bir görüşə diqqətinizi cəlb etmək istəyirəm. Hansı ki, onun əsasında bizi Zəngəzurdan keçəcək enerji xətləri sayəsində böyük bazarlara bağlayacaq layihənin mahiyyətini izah edəcəm. 
Energetika naziri Pərviz Şahbazovun Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopmanın görüşündə Avropa Komissiyası ilə bərpa olunan enerji layihələrinin, xüsusilə günəş və külək enerjisinin istehsalı və ötürülməsi istiqamətində Azərbaycanın Avropa şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib. Görüşdə Azərbaycanla Avropa İttifaqının enerji sahəsində strateji tərəfdaşlığının prioritetləri, eləcə də təbii qazla yanaşı Azərbaycanın Avropaya yaşıl enerji mənbələrindən alınan elektrikin ixracı məsələləri də müzakirə edilib.
Avropanın Azərbaycandan yaşıl enerji idxalı 2022-ci ilin sonlarından gündəmdədir. Bunun üçün Qara dənizin dibi ilə masştablı bir layihənin reallaşdırılması planlaşdırılır.
Amma aydındır ki, onun ərsəyə gəlməsi iri kapital qoyuluşu və zamana bağlıdır. Hazırkı qrafiklə bu layihənin işə düşməsi 2032-ci ilə gözlənilir.
Azərbaycan isə daha qısa zamanda Avropaya elektrik enerjisinin ixracını həyata keçirmək niyyətindədir və bunu daha az kapitalla, daha az müddətə reallaşdırmaq istəyir. Onun ən optimal yolu isə quru ərazilərdən keçən marşrutdur. Yəni sözügüdən Zəngəzur enerji xətti, Naxçıvan, Türkiyənin enerji sistemi ilə Avropa bazarına çıxış.
Elektrik ixracında böyük bazarların rolu
Bəs niyə belə lazımdır bizə Avropa bazarında elektrik enerjisinin satılması? Məlumdur ki, Azərbaycan tam şəkildə özünü elektrik enerjisi ilə təmin edir. Azərbaycan özünün bütün qonşuları, Türkiyə, Gürcüstan, Rusiya və İranla elektrik enerjisinin mübadiləsini həyata keçirir. Bu mübadilə nəticəsində ötən il təqribən 1 milyard kVtsaat elektrik enerjisinin xalis ixracına nail olmuşuq.
Amma bu göstərici bizim üçün böyük bir rəqəm deyil. Azərbaycan hələ 2023-cü ildə 3 milyard kVtsaat-dan çox elektrik enerjisinin ixracına nail olmuşdu. Bəs onda nədən sonradan 3 dəfə azaldı? Hətta ixrac 2021-ci ilin göstəricilərindən də aşağı düşüb? Bu sualın cavabı enerjiyə tələbata bağlıdır. Elektrikə tələbat əsasən klimatik faktorlardan qaynaqlanır: əgər qış soyuq, yay isə daha isti keçirsə, onda tələbat kifayət qədər böyük olur. Mülayim iqlim şəraitində isə enerjiyə tələbat aşağı düşür. Son illər iqlim dəyişmələrinin təsirindən biz daha mülayim hava şəraiti ilə üzləşirik. Əgər bizdə belə hal yaşanırsa, demək qonşularımız da onunla üzləşir.
 

Azərbaycan isə enerji potensialını genişləndirir, hətta yaşıl enerji mənbəli enerji get-gedə artacaq. Elə isə enerjiyə tələbat olan böyük bazarlara çıxış əldə etmək gərəkdir ki, əlimizdə olan əmtəəlik elektriki kapitala çevirək. Hazırda isə enerji təkcə iqtisadi resurs kimi deyil, həm də dövlətlərin strateji təhlükəsizliyini, ekoloji sabitliyini müəyyən edən fundamental amildir.


Ona görə də indi bünövrəsini qoyduğumuz işlər ona dəlalət edir ki, yeni geosiyasi şəraitdə qurulan iqtisadi münasibətlər çərçivəsində Azərbaycanın öz arzusunun gerçəkləşdirilməsi tam realdır.
Dövlət büdcəsində neft-qazın yeri
Yola saldığımız həftə Maliyyə nazirliyinin dərc etdiyi “2025-ci il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin icrasına dair” məlumatda açıqlanır ki, dövlət büdcəsinin 39,1 mlrd manat gəlirlərinin 18,8 mlrd-ı və ya 48,12 faizi neft-qaz sektorunun payına düşüb. 2024-cü illə müqayisədə neft-qaz sektoru üzrə büdcəyə daxilolmalar 1 mlrd 266,9 milyon manat və ya 7,2 faiz artıb. Bu artımda isə əsas hissə Dövlət Neft Fondundan köçürmələrin 1,7 mlrd manat artaraq 14 mlrd 448 mln manata qədər yüksəlməsi ilə əlaqədardır. Neft-qaz sektoruna aid şirkətlərin vergi ödəmələri isə ötən il 9,1% və ya 406,1 mln manat azalıb.
Bəs bu azalma nədən qaynaqlanır? Şirkətlərin ödənişlərinin azalması təbiidir, çünki həm hasilatında azalma baş verib, həm də neftin ixrac qiyməti aşağı düşüb. Elə isə qaz hasilatının flaqmanı olan “Şahdəniz”də vəziyyət necə olub? Bunun üçün 2025 və 2024-cü illər üzrə ödənişlərinin müqayisəli göstəriciləri əks edilmiş qrafikə diqqət yetirmək gərəkdir.
Ötən il vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 52 faizi və ya 2 mlrd 260,3 milyon manatı “Şahdəniz” layihəsi üzrə mənfəət vergisi ödənişləri olub. “Şahdəniz” üzrə ödənişlər 80,7 mln manat azalıb. Vergi ödənişlərinin 41,3 faizini və ya 1 mlrd 795,4 milyon manatını isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişləri təşkil edib.
Və biz görürük ki, SOCAR-ın ödənişləri 20,9 mln manat artıb. Diqqət etdinizmi? SOCAR büdcəyə təkcə mənfəət vergisi ödənişi etmir, həmçinin digər ödənişlər edir. Düzdür, Maliyyə Nazirliyi bunu açıqlamasa da, amma bilmək lazımdır ki, SOCAR-ın çiyinlərində əlavə ödənişlər də yer alır və neftin həcminin və qiymətinin azalması belə onun büdcəyə ödənişlərini azaltmayıb.
Neft Fondunun gəlirlərində artım
2025-ci ilin yekunlarına görə, Neft Fondu ümumən 37,6 milyard manata yaxın gəlir əldə edib. Onu deyim ki, bu, böyük gəlirdir. İndi baxaq görək, həmin qazanc nəyin hesabına əldə edilib.
Fondun büdcə gəlirləri 17,2 mlrd manat olduğu halda, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərqdən əmələ gələn büdcədənkənar gəlirlər 20,4 mlrd manata çatıb. Büdcə xərcləri isə ötən il 14,63 mlrd manat olub. Nəticədə Neft Fondunun aktivləri ötən ilin əvvəlindəki 60 milyard dollarla müqayisədə 22,5% artaraq 73,5 mlrd dollara çatıb.
Neft Fondunun öz aktivlərini il ərzində 13,5 mlrd dollar artımında xüsusi rol qızılla bağlıdır. Belə ki, Fondun investisiya portfelinin strukturunda bu qiymətli metalın payı 2024-cü ilin sonuna olan 20,6 %-dən 2025-ci ilin sonuna 38,2%-ə qədər artıb. Bu artım təkcə dünya bazarlarında qızılın kəskin bahalaşması ilə izah edilmir. 2024-cü ilin sonunda fond 146,6 ton qızıl ehtiyatına malik idisə, 2025-ci ilin sonuna bu göstərici 200 tona çatıb. Qızıl nəzərə alınmaqla Neft Fondunun investisiya portfelinin ümumi gəlirliliyi ötən il 20 %-i ötüb.
 

Bu göstəriciləri yekunlaşdıraraq qeyd edə bilərik ki, Dövlət Neft Fondu uzunmüddətli, praqmatik və riskləri öncədən qiymətləndirən idarəetmə yanaşması ilə ölkənin maliyyə təhlükəsizliyinin əsas dayaqlarından biri kimi çıxış edir. Nəticədə Fond sadəcə neft-qaz gəlirlərinin toplayıcısından mürəkkəb maliyyə mühitində lazımi qərar qəbul edən peşəkar investor institutu kimi ön plana çıxıb.


Elə 27 il əvvəl, Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə yaradılarkən Neft Fondu ölkə iqtisadiyyatının inkişafına yönəlik bir qurum kimi həm də dünyada baş verən qlobal təlatümlər zamanı Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı” kimi düşünülmüşdü. Biz isə o zaman verilən uzaqgörən qərarların, bu gün atılan düzgün addımların bəhrəsini yaşayırıq. 
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Fevral 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see329

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see237

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see205

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see152

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see151

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri