Icma.az
close
up
RU
Bakının hər yerindən eşidilən səs KONKRET

Bakının hər yerindən eşidilən səs KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Yeni tikililərdə təmirsiz mənzillərin satışının artması bina sakinləri arasında narazılıqları da artırır. Belə ki, evini sonradan təmir etdirənlərin yaratdığı səs-küy mübahisələrə səbəb olur. Eyni zamanda, bəzi hallarda hazır vəziyyətdə alınan mənzillərin təmirindən də alıcı məmnun qalmır və nəticədə yeni təmir prosesi problemi daha da böyüdür.

Bunu necə tənzimləmək olar? Dünyada necədir, təmirli, yoxsa təmirsiz evlərin satışı üstünlük təşkil edir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, Azərbaycanda mənzillərin “podmayak”, yəni təmirsiz vəziyyətdə satılması hələ də bazarda üstünlük təşkil edir:

“Bu yanaşma Sovet dövründən qalan tikinti ənənəsinin davamıdır və ölkə bu sahədə bir çox qonşu dövlətlərdən geri qalır. O dövrdə tikinti şirkətləri əsasən mənzil tikintisinə üstünlük verir, təmir işlərinə isə ciddi tələbat olmadığından bu istiqamət inkişaf etmirdi. Bu model bu gün də Azərbaycanda davam edir. Hazırda ölkədə tikinti şirkətlərinin təxminən 95 faizi mənzilləri “podmayak” vəziyyətdə satışa çıxarır. Təmirli mənzillər təklif edən azsaylı şirkətlər isə onları bazardakı digər mənzillərlə müqayisədə daha yüksək qiymətə satırlar”.

Ekspert bildirib ki, Azərbaycan bu baxımdan keçmiş SSRİ ölkələrinin əksəriyyətindən geri qalır:

“Hətta İranda belə mənzillər ən azı “white box” (ağ divar) standartına uyğun təhvil verilir. Bu zaman döşəmə hazır olur, divarlar suvanıb rənglənir və alıcı yalnız son tamamlama işlərini görərək mənzilə köçə bilir. Belə mənzillərdə səs-küylü və uzunmüddətli təmir işlərinə ehtiyac qalmır. Türkiyədə isə bazarda təklifin çox olması tikinti şirkətlərini mənzilləri tam təmirli, hətta bəzi hallarda məişət avadanlıqları və işıqlandırma ilə birlikdə təhvil verməyə sövq edir. Belə mənzillərə köçən alıcı yalnız şəxsi əşyalarını gətirməklə yaşayışa başlaya bilir”.

Ekspertin sözlərinə görə, Azərbaycan bazarında rəqabət zəifdir:

“Son 4-5 il ərzində mənzil qiymətləri təxminən 75 faiz artıb. Rəqabətin kifayət qədər olmaması həm qiymət artımını sürətləndirir, həm də tikinti şirkətlərinin hələ də kütləvi şəkildə təmirsiz mənzillər satmasına şərait yaradır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 İyul 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri