Bakının iki rayonunda gecə saatlarında işıq kəsiləcək
Icma.az bildirir, Milli.az portalına istinadən.
Paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Milli.Az xəbər verir ki, "Azərişıq" ASC-nin məlumatına görə, iyunun 20-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən 35/6 kV-luq 96 saylı yarımstansiyada təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 00:30-dan 02:30-dək Nəsimi rayonunun Mirəli Qaşqay, Feyzulla Qasımzadə, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Hənifə Ələsgərov, Qulu Quliyev, Abbas Səhhət, Hüseynqulu Sarabski və Süleyman Rüstəm küçələrində, həmçinin Vaqif prospektində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Eyni zamanda, Nərimanov rayonunun Ceyhun Hacıbəyli və Həsən bəy Əliyev küçələrində, eləcə də Heydər Əliyev prospektinin bir hissəsində də enerji təchizatında məhdudiyyət müşahidə olunacaq.
Qurumdan bildirilib ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatı mümkün olacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:121
Bu xəbər 19 İyun 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















