De Bruyne: “Bütün məsuliyyət Ardanın üzərində idi”
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne UEFA Millətlər Liqasında Türkiyə üzərində qələbədən sonra Arda Gülerin oyununu yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, belçikalı futbolçu rəqibin hücumlarını dayandırmaq üçün əsas diqqəti Ardaya yönəltdiklərini bildirib:
“Arda Güler möhtəşəm futbolçudur. Türkiyə millisində gözümüz daim onun üzərində idi. Digər komanda yoldaşları daha çox məsuliyyət götürməlidirlər. Çünki bütün məsuliyyət Ardanın üzərində idi. Biz də planımızı buna uyğun qurmuşduq”.
De Bruyne türkiyəli yarımmüdafiəçinin dünyanın ən yaxşı futbolçuları sırasında olduğunu da vurğulayıb:
“Arda Güler dünyanın ən yaxşı klublarından birində çıxış edir və dünyanın ən yaxşı futbolçularından biridir”.
Qeyd edək ki, İzmirdə keçirilən qarşılaşma Belçikanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə millisinin yeganə qolunu Arda Güler vurub.
Baxış sayı:106
Bu xəbər 13 Noyabr 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















