Icma.az
close
up
RU
Tramp qlobal imperializmə qarşı: FED və BlackRock la toqquşma

Tramp qlobal imperializmə qarşı: FED və BlackRock la toqquşma

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Amerika Birləşmiş Ştatlarında vəziyyət kifayət qədər gərgindir və bunun köklü səbəbləri var. Qütbləşmənin getdikcə dərinləşməsi təhlükəli tendensiya, yəni vətəndaş müharibəsi üçün perspektivlər yaradır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Əli Zülfüqaroğlu əlavə edib ki, Trampın dünya iqtisadiyyatında təlatüm yaradan həmlələri də məhz ABŞ-nin daxili problemlərindən qaynaqlanır: “Hazırda ABŞ-nin 38 trilyon dollar xarici borcu var və bu borc yükü getdikcə artır. ABŞ hökumətinin bu sıxıntıdan xilas olması üçün dollar ucuzlaşmalıdır. Dolların ucuzlaşması ABŞ-nin xarici borcunun bir növ “əriməsi” deməkdir. Buna isə FED (Federal Ehtiyat Sistemi) mane olur. Yəni, FED-lə Tramp administrasiyası arasındakı qarşıdurma dövlətin bütün strukturlarına, siyasi proseslərə və təbii ki, cəmiyyətə ciddi şəkildə təsir edir. Bu problemin dərin səbəbləri olduğu üçün onun qısa zaman kəsiyində həll edilməsi qeyri-mümkündür.

Təbii ki, qlobal imperializmin əsas təsir rıçaqlarından olan “FED” məsələnin görünən tərəfidir. Trilyonlarla dollar maliyyə kütləsinə sahib olan “BlackRock” kimi nəhəng şirkətlər də bu savaşın tərkib hissəsidir. Bu qarşıdurma təkcə ABŞ daxilində deyil, dünyanın hər yerində hiss olunur. ABŞ-Avropa İttifaqı, ABŞ-Çin, ABŞ-Kanada arasında getdikcə dərinləşən problemlər də məhz bu amildən qaynaqlanır.

Trampın qlobal imperializmə bağlı olan USAID və bu kimi təşkilatlara, həmçinin qlobalistlərin ruporu hesab edilən bir sıra media quruluşlarına savaş açması sıradan bir hadisə deyil. Onun dövlətlərarası münasibətlər sistemini tənzimləyən beynəlxalq təşkilatların tam çökməsinə yönəlik kəskin addımlar atması və “Sülh Şurası” kimi alternativlər yaratması da bu kontekstdə qiymətləndirilməlidir. Bu addımlar bütün dünyada siyasi-iqtisadi kataklizmlər yaradacaq və bunun təsirləri nəinki dövlətlərin, ümumiyyətlə hər bir insanın həyatında hiss olunacaq”.

Əli Zülfüqaroğlu bildirib ki, Tramp geridönüşü mümkün olmayan proses başladib və burada kompromis anlayışına yer yoxdur: “Bu, dünya hakimiyyəti uğrunda savaşdır və tərəflərdən birinin məğlubiyyəti qaçılmazdır. Trampın qarşısında duran güc İkinci Dünya Müharibəsindən sonra dünya düzənini formalaşdıran qlobal maliyyə sistemidir. BMT və NATO başda olmaqla, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən və milyardlarla dollar büdcəyə malik beynəlxalq təşkilatlar məhz bu sistemin törəmə quruluşlarıdır.

İndiyə qədər bu sistem ona görə dünyaya hökm edə bilirdi ki, ABŞ-dəki siyasi hakimiyyətlər məhz bu sistem tərəfindən formalaşdırılırdı. Bununla da ABŞ hərbi güc olaraq beynəlxalq təşkilatların funksionallığının qarantı sayılırdı. Amma hazırda ABŞ-də fərqli ideoloji düşüncəyə sahib hökumət var və bu səbəbdən də artıq beynəlxalq təşkilatların həlledici mexanizm kimi fəaliyyət qarantı da yoxdur. Bu isə qlobal problemdir və böyük təlatümlərə yol açır.

İlk növbədə ABŞ daxilində təhlükə böyüyür, qarşıdurma və vətəndaş müharibəsi perspektivi yaranır. Eyni zamanda, bu vəziyyət dünyanın bütün bölgələri üçün təhlükəli presedent formalaşdırır. Əgər qlobal imperializmin təsisatları aralıq seçkilərinə qədər Trampa qarşı hər hansı nəticə əldə edə bilməsə, bundan sonrakı dönəmdə ABŞ-də ciddi problemlər, hətta xaotik mənzərə yarana bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Yanvar 2026 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri