Icma.az
close
up
RU
Bakının mərkəzində qorxulu anlar Zərəri kim ödəyəcək?

Bakının mərkəzində qorxulu anlar Zərəri kim ödəyəcək?

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Nəsimi rayonunda - metronun “28 May” stansiyası yaxınlığında binanın üzlüyü yüksəklikdən həyətə tökülüb. Hadisəyə dair görüntülər sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, hadisə Səməd Vurğun parkının yanındakı çoxmərtəbəli binada baş verib. Binanın aqlay örtüyünün qoparaq tökülməsi nəticəsində bir neçə avtomobilə ciddi zərər dəyib. Xəsarət alanın olub-olmaması barədə məlumat verilməyib.
Hadisə ilə bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1111.1-ci maddəsinə görə, binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin (məsələn, fasadındakı aqlay örtüyünün) uçması və ya qopması nəticəsində vurulan zərərin əvəzini ödəməyə borcludur:
“Məsuliyyəti binanı idarə edən mənzil-tikinti kooperativi və ya idarəedici şirkət daşıyır. Sahibi sübut edə bilsə ki, zərər binanın pis saxlanılmasından və ya qüsurundan irəli gəlməyib (məsələn, fövqəladə təbiət hadisəsi – fors-major), o zaman məsuliyyətdən azad ola bilər. Lakin normal hava şəraitində aqlayın tökülməsi binaya texniki xidmətin düzgün göstərilməməsi hesab olunur”.
Vəkil qeyd edib ki, əmlakına zərər dəymiş şəxs dərhal hadisə yerinə polis çağırılmalı və hadisə barədə protokol tərtib olunmalıdır:
“Şəkillər və videolar çəkilməlidir. Müstəqil ekspert və ya qiymətləndirmə şirkəti vasitəsilə avtomobilə dəymiş zərərin məbləği rəsmi şəkildə müəyyən edilməlidir. İlk növbədə binanın sahibinə (MTK və ya MKİS-ə) könüllü ödəmə barədə rəsmi məktubla müraciət edilməlidir. Əgər bina sahibi zərəri ödəməkdən imtina edərsə, sürücü məhkəməyə müraciət edərək zərərin məcburi qaydada tutulmasını tələb edə bilər”.
Yəni, binanın fasadı qopub maşınınızın üstünə düşibsə, buna görə binaya baxan şirkət və ya MTK cavabdehdir və dəymiş ziyana görə polis protokolu ilə məhkəməyə müraciət edib pulunuzu tələb edə bilərsiniz.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri