Qaraxanlı dövləti Ulu Türküstanda şanlı tarix
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
III Yazı
Qaraxanlı Böyük Xaqanları (840-1041)
1. Bilgə Qul Qədir xan-xaqan (840-893)
2.Bazir Arslan xan –xaqan (893-920)
3.Oğulcaq xan –xaqan (893-940)
4.Satuk Buğra xan-xaqan (940-955)
5.Musa Baytaş Buğra xan- xaqan (955-970)
6.I Harun Buğra xan –xaqan (970-993)
7.Nəsr ibn Əli xan-xaqan (993-999)
8.I Əhməd xan-xaqan (999-1015)
9.Mənsur Arslan xan-xaqan (1015-1024)
10.II Əhməd xan-xaqan (1024-1026)
11.Yusif Qədir xan-xaqan (1026-1041)
Bigə Kül Qədir xan
Bilgə Kül Qəir xan Qaraxanlı dövlətinin birinci xaqanı və qurucusudu(840-843).840-cı ildə Uyğur xaqanlığının Qırğızlar tərəfindən işğalından sonra dövlətdə hərc-mərclik başlamış,850-ci ildə isə İsficab şəhərinin hakimi, Bilgə Kül Qədir xan karluqlar tərəfindən xaqan elan edilmişdi.Həmçinin Qaraxan adı ilə tanınan xaqanın adı ərəb mənbələrində “Qədir” deyə qalmış,dövlət sonralar bu adla xatırlanmışdır.53 illik hakimiyyəti boyunca Samanilərlə müharibədə olmuşdur.
Oğulları
Bazir Arslan xan-Qərb hakimi
Oğulcaq xan –Şərq hakimi
Bazir Arslan xan
Bazir Arslan xan Qaraxanlı dövlətinin II xaqanıdı (893-920).Atasının ölümündən sonra hakimiyyətdə olmuşdur.Paytaxtı Balasağun idi.Satuk Buğra xanın atasıdır.
Oğulcaq xan
Oğulcaq xan Qaraxanlı dövlətinin III xaqanıdı (893-940).Qardaşının hakimiyyəti dövründə Oğulcaq xan Buğra xaqan yəni kiçik xaqan kimi tanınırdı.Samani əmiri I İsmayıl tərəfindən qovulmuş Samani hökmdarı I Nəsr Qaraxanlı dövlətinə pənah gətirmişdi.Artım şəhərinin idarəsini Nəsrə verən Oğulcaq xaqan ona məscid tikməyə icazə vermişdi.Artımın ticarət şəhərinə çevrilməsi və müsəlman tacirlərin artması halı qardaşı oğlu,şahzadə Satuk Buğra xanın da müsəlman olmasına səbəb oldu.
Oğulcaq xaqan Satuk Buğra xanın müsəlman olmasını eşidib ona Tenqri məbədi hazırlamağı əmr etdi.Satuk Nəsrin məsləhəti ilə bu məbədi ucaltdı.Daha sonra açıq şəkildə əmisinə qarşı gələn Satuk Buğra xan tərəfindən Oğulcaq xaqan öldürüldü.
Satuk Buğra xan Qaraxanlı
Satuk Buğra xan Qaraxanlı dövlətinin IV xaqanıdı (940-955).Mildi 920-ci ildə doğulub. Atası Qaraxanlı dövlətinin II xaqanı Bazir Arslan xan (893-920) idi.Atasının ölümündən sonra əmisi və ögey atası Oğulcaq xanın himayəsində böyüdü.Satuk Buğra xan on iki yaşlarında olarkən Mavəraünnəhr və Xorasan bölgəsinə hakim olan müsəlman və tacik Samani dövləti şahzadələri arasında anlaşılmazlıq çıxdı.Bu samani şahzadələrdən Nasir ibn Əhməd Oğulcaq xanın ölkəsinə sığındı. Oğulcaq xan onunla yaxşı rəftar edib,Artuç nahiyyəsinin idarəsini ona verdi.Artuç Nasir ibn Əhmədin səyləri və gəlib-gedən müsəlman tacirlər sayəsində bir ticarət mərkəzi oldu.Satuk Buğra da Artuçun ziyarətçiləri arasında idi.Nasir ibn Əhmədlə tanış olub ondan İslamı öyrənərək 12 yaşında olarkən müsəlman oldu.Tenqriçiliyi tərk edib müsəlman olduqdan sonra ərəb Əbdülkərim adını almışdır.
Satuk Buğra xan 932-ci ildə İslamı qəbul edən tarixdəki ilk müsəlman türk xaqanlarından biridir.
X əsrdə yasayan ərəb səyyahı və alim Əhməd ibn Fədlan miladi 960-cı ildə təxminən 200,000 çadırlıq Türklər (Qaraxanlılar) İslam dinini mənimsəmişdir deyə qeyd etmişdir.
Musa Baytaş Buğra xan Qaraxanlı
Musa Baytaş Buğra xan Qaraxanlı dövlətinin V xaqanıdı ( 955-970- ci illər).Baytaş 955-ci ildə atası Satuk Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.Hakimiyyəti illərində Qaraxanlı dövlətinin ərazisində İslam dininin yayılmasını davam elətdirdi.
Oğlu
Xanzadə Əli xan Qaraxanlı.
Nəvələri
1.Xanzadə Nəsr bin Əli xan-Xanzadə Əli xan Qaraxanlının oğlu.
2.Xanzadə Əhməd xan-Xanzadə Əli xan Qaraxanlının oğlu.
3.Xanzadə Mənsur Arslan xan-Xanzadə Əli xan Qaraxanlının oğlu.
Harun Buğra xan Qaraxanlı
Harun Buğra xan Qaraxanlı dövlətinin VI xaqanıdı (970-993). Əbdülkərim Satuk Buğra xanın nəvəsi,Xanzadə Süleyman xanın oğlu olub şahzadəliyində qardaşı Əbül-Həsən Əli Arslan xan tərəfindən dövlətin qərb qisimlərini idarə etməklə vəzifələndirildi. O,Mavəraünnəhri ilk fəth edən Qaraxanlı hökmdarı olaraq şöhrət qazanmışdır.Samanilərin içində olduğu qarışıqlıqlar dolayısıyla bir qisim müxalif Samani ordu komandanlarının da dəstəyini qazanaraq 990-cı ildə İsficabı zəbt etdi.İki il sonra Samanilərin paytaxtı Buxaraya girdi (May 992).Samani əmiri Nuh ibn Mənsur şəhəri tərk etmək məcburiyyətində qaldı.Bu hərəkəti samanilərin Xorasan valisi Əbu Əli Simcuri tərəfindən dəstəklənmişdi.Hətta onunla daha İsficabın zəbti sırasında,Ceyhun çayı sərhəd-sınır olmaq üzrə Samani dövlətini təslim etmə xüsusunda gizli bir andlaşma da aparılmışdı. Beləcə Xorasan Əbu Əlinin,Mavəraünnəhr də Harun Buğra xanın idarəsinə keçəcəkdi.Ancaq Harun Buxaraya girdikdən sonra Əbu Əlini bir ordu komandanı kimi gördü və daha öncəki anlaşmaya yanaşmadı.Ancaq çox keçmədən Buxarada ağır bir xəstəliyə yaxalandı və yerinə Samani şahzadələrindən Əbüləziz Nuh ibn Nəsri buraxaraq burdan ayrılmaq məcburiyyətində qaldı.Qaşqara dönərkən Koçkarbaşı mövqeyində vəfat etdi.
Harun Buğra xan,Şihabüddövlə və Zahirəddövlə kimi islami ləqəblər daşımaqdaysa da bu ləqəblər ehtimalən xəlifə tərəfindən verilmiş olmayıb özü ünvanlarına əlavə etmişdir.O sırada qaraxanlılar ilə sünni islam mühiti arasında hələ rəsmi bir münasibət qurulmamışdı.Bilinən ən əski Qaraxanlı pulları ona aid olub 992-ci ildə İlaqda zəbt olunan sikkələr Abbasi xəlifəliyi ilə hər hansı münasibətlərin olmadığını göstərir.
Nəsr bin Əli xan Qaraxanlı
Nəsr bin Əli xan Qaraxanlı dövlətinin VII xaqanı (993-999).993-cü ildə atası Harun Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.Hakimiyyəti illərində Qaraxanlı dövləti Abbasi xəlifəsi tərəfindən İslam dövləti kimi tanındı.
Əhməd xan Qaraxanlı
Əhməd xan Qaraxanlı dövlətinin VIII xaqanı (999-1015).
999-cu ildə qardaşı Nəsr bin Əl xanın ölümündən sonra hakimiyyətə gəlçş
Mənsur Arslan xan Qaraxanlı
Mənsur Arslan Qaraxanlı dövlətinin IX xaqanı (1015-1024).1015-ci ildə qardaşı Əhməd xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
Əhməd xan Qaraxanlı
Əhməd bin Harun xan Qaraxanlı Qaraxanlı dövlətinin X xaqanıdı (1024-1026).1024-cü ildə əmisi oğlu Mənsur Arslan xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
Yusif Qədir xan Qaraxanlı
Yusif Qədir xan Qaraxanlı dövlətinin XI xaqanıdı 1026-1032.1026-cı ildə Yusif Qədir xan xaqan taxtına oturmuşdu.Qaraxanlı xaqanı Harun Buğra xanın oğludur.1032-ci ildə Qaşqarda ölmüşdür.Yusif Qədir xan taxta çıxandan sonra hakimiyyət üstə gedən müharibələr bitdi,amma vəfatından sonra oğulları və əmisi oğlu Nəsr bin Əli xanın oğulları arasında gedən müharibələr dövləti ikiyə Qərbi Qaraxanlı dövləti və Şərqi Qaraxanlı dövlətinə böldü.
Şərqi Qaraxanlı xanlığı (1041-1211).
Yeddiçay,Şərqi Türküstan mərkəzi Balasağun,1130-cu ildən mərkəzi Qaşqar.
1.Süleyman Arslan xan (1055-1057)
2.II Məhəmməd Buğra xan (1055-1057)
3.I İbrahim Buğra xan (1057-1059)
4.Mahmud Toğrul xan (1039-1074)
5.Ömər Toğrul xan (1074-1075)
6.II Harun Buğra xan (1075-1102)
7.Əhməd Arslan xan (1102-1130)
8.II İbrahim Buğra xan (1130-1156)
9.III Məhəmməd Buğra xan (1156-1180)
10.II Yusif Tamğaç xan (1180-1205)
11.IV Məhəmməd Buğra xan (1205-1211)
Qərb xanlığı (1041-1212)
Türküstan. Mərkəzi Səmərqənd.
1. Məhəmməd xan Qaraxanlı (1041-1052)
2.İbrahim Tamğaç xan (1052-1068)
3.Şəmsmülk Nəsr xan (1068-1080)
4.Xızır xan Qaraxanlı (1080-1087)
5.Əbülüzəffər Əhməd xan (1087-1095)
6.I Məsud xan Qaraxanlı (1095-1097)
7.Süleyman Təkin xan (1097-1098)
8.I Mahmud xan Qaraxanlı (1098-1099)
9.Cəbrayıl Qədir xan (1099-1102)
10.II Məhəmməd xan Qaraxanlı (1102-1129)
11.III Nəsr xan Qaraxanlı (1129)
12.Əhməd xan Qaraxanlı (1129-1130)
13.Həsən xan Qaraxanlı (1130-1132)
14.II İbrahim xan Qaraxanlı (1132-1132)
15.II Mahmud xan Qaraxanlı (1132-1141)
16.III Ibrahim xan Qaraxanlı (1141-1156)
17.Əli xan Qaraxanlı (1156-1163)
18.II Məsud xan Qaraxanlı (1163-1178)
19.IV Ibrahim Qaraxanlı(1178-1201)
20.Osman xan Qaraxanlı (1201-1212)
Şərq xanlığı Özkənddə (1141-1211)
Türküstan.Mərkəzi Özkənd
1.Hüseyn Toğrul Qara xan (1141-1156)
2.Mahmud Toğan xan (1156-1162)
3.III İbrahim Buğra xan (1162-1178)
4.Əhməd Qədir xan (1178-1211)
5.Mahmud Gücarslan (1210-1211)
Qaraxanlı sülaləsi (840-1212) türküstanda yaranmış və islamı rəsmi din kimi qəbul edən ilk böyük Türk sülalələrindən biridir.İslam mənbələrində sülalə həm də Əfrasiyab sülaləsi kimi tanınır.
Baxış sayı:123
Bu xəbər 24 Noyabr 2026 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















