Şəhəri çirkləndirən nə qədər cərimə olunur: 50, yoxsa 300 manat?
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsi şəhərlərin və digər yaşayış məntəqələrinin abadlaşdırılması qaydalarının pozulmasını nəzərdə tutur. Şəhərlərin və digər yaşayış məntəqələrinin təmizliyinin və səliqəliliyinin təmin edilməsi qaydalarına əməl edilmədikdə fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər isə 500 manatdan 800 manatadək cərimə oluna bilərlər.
Bu sözləri Axar.az-a açıqlamasında maliyyə-bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.
“Buraya müxtəlif növ çirklənmə halları daxildir. Məsələn, tikinti və təmir materiallarının qanunsuz saxlanılması, tikinti və təmir işləri zamanı materialların yol kənarlarına, səkilərə, həyətyanı ərazilərə və digər yerlərə tökülməsi, məişət tullantılarının düzgün idarə olunmaması, zibillərin kənara atılması, tullantıların vaxtında təmizlənməməsi, yığılmış zibillərin ətraf mühitə zərər vurması, yaşayış ərazilərinin sanitar vəziyyətinin çirkləndirilməsi, həmçinin fərdi və çoxmənzilli binaların həyətlərində baş verən istənilən çirklənmə halları bu qəbildəndir”, - o bildirib.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsi ətraf mühitin çirklənməsinin qarşısını almağa yönəlmiş 212.4-cü maddə ilə səhv salınır. İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsində qeyd olunur ki, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 300 manat cərimə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 24 Noyabr 2026 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















