Icma.az
close
up
RU
Bakının mərkəzinə yeni yol salınır FOTO

Bakının mərkəzinə yeni yol salınır FOTO

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi işlərinə start verilib.

Metbuat.az xəbər verir ki, bu barədə AAYDA-dan məlumat verilib.

Bildirilib ki, yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilərək inşa edilir.

Dövlət Proqramına uyğun olaraq, yeni avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3.9 km təşkil edəcək. Layihəyə uyğun olaraq, avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulur.

Yeni yolun layihəsi Xəlil Rza Ulutürk küçəsi ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsindən başlayaraq “Ulduz” metrostansiyasının yaxınlığından keçərək, Ələsgər Qayıbov küçəsindən 1240 metr uzunluğa malik tunel vasitəsilə mövcud metro və dəmir yolu xəttlərinin altından Əliyar Əliyev küçəsinədək uzanır. Buradan isə Yusif Vəzir Çəmənzəmənli küçəsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək və uzunluğu 550 metr olan tunel vasitəsilə Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairədən keçərək, Koroğlu Rəhimov küçəsini kəsərək Həsən Əiyev küçəsinədək davam edir. Eyni zamanda Əliyar Əliyev küçəsi ilə yeni yolun kəsişməsində uzunluğu 410 metr tunelin inşası da nəzərdə tutulub ki, artıq ərazidə tikintiyə başlanılması üçün hazırlıq işləri gedir.

Layihə çərçivəsində “Ulduz” metrostansiyasından Ələsgər Qayıbov küçəsi istiqamətində, Bakmil metrostansiyası yaxınlığında və Əliyar Əliyev küçələrində mobilizasiya-demobilizasiya işləri yerinə yetirilib, tikinti altına düşən maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, müəyyən hissələrdə yararsız qruntun qazılaraq kənarlaşdırılması və rekultivasiya işləri, həmçinin zəruri ərazilərdə dəmir-beton svayların vurulması yerinə yetirilir, layihənin 3-cü km-lik hissəsində yeralti piyada keçidi inşa edilir.

Layihəyə uyğun olaraq Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında da tikinti işlərinə start verilib. Bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Artıq tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə təzminat ödənilməklə söküntü işlərinə də start verilib. Yeni inşa edilən yol boyu tikinti altına düşən digər maneələrin (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) qiymətləndirilməsi işləri həyata keçirilib və sənədləri hazırlanaraq təzminat ödənilməsi üçün aidiyyəti üzrə təqdim edilib.

Bundan başqa, 20 keçmiş məcburi köçkün ailəsinin məskunlaşdığı peşə məktəbi də yolun tikintisi altına düşdüyü üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə onların qısa müddətdə başqa yerə köçürülməsinə köməklik göstərilməsi üçün müraciət olunub.

Dövlət əhəmiyyətli yeni infrastruktur layihəsinin icrası zamanı ətraf mühitə və yaşıllıqlara təsirlərin maksimum dərəcədə azaldılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birlikdə monitorinqlər aparılır, movcud vəziyyət qiymətləndirilir.

Mütəxəssislərlə birgə həyata keçirilən fəaliyyət nəticəsində yaşıllıqlara dəyən ziyanın minimuma endirilməsi, uyğun ərazilərə yaşıllıqların köçürülməsi, təbiətə dəyən ziyanın bərpa dəyərinin ödənilməsi və əvvəlki həcmindən daha çox sayda yeni yaşıllıq zolaqlarının salınması üçün plan-proqram işlənib hazırlanır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Fevral 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri