Icma.az
close
up
RU
Bakının məşhur stadionunda YENİLİK

Bakının məşhur stadionunda YENİLİK

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Binə qəsəbə stadionunda bir sıra dəyişikliklər həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Stadionda ehtiyat oyunçular skamyası, paltardəyişmə otağının mebelləri yenilənəcək. Həmçinin xırda kosmetik dəyişikliklər də gözlənilir. Böyük təmir işləri isə nəzərdə tutulmayıb.

Stadionda artıq oyunların keçirildiyi nəzərə çatdırılıb. Bununla yanaşı müqaviləsi olan bəzi klubların hələ meydandan istifadə etmədiyi vurğulanıb.

Əvəzedicilərdən “Araz-Naxçıvan-2”, “Zirə-2”, “Qarabağ-2”nin, I Liqa təmsilçilərindən MOİK və “Baku Sportinq”in, II Liqadan “Dinamo”nun, həmçinin “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının müqaviləsi olsa da hələ ki, stadionda oyun keçirməyib.

Qeyd edək ki, bir müddət öncə AFFA tərəfindən yenilənən Binə stadionunun süni ot örtüyünün "FIFA Quality Pro" sertifikatına uyğunluğu təsdiqlənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Fevral 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri