Icma.az
close
up
RU
“PUTİN VACİB GÜZƏŞTƏ GEDİB...” Sülh yaxınlaşırmı?

“PUTİN VACİB GÜZƏŞTƏ GEDİB...” Sülh yaxınlaşırmı?

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin qapalı görüşlərdə müharibə bitəndən sonra Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun təhlükəsizlik zamənatlərinin verilməsinə dair razılıq verib.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Washington Post” Amerika administrasiyasındakı danışıqlara yaxın bir mənbəyə istinadla məlumat yayıb.

Söhbət Ukraynanın birbaşa NATO üzvlüyündən yox, ona ABŞ və Avropa ölkələrinin NATO-nun 5-ci maddəsinə uyğun təhlükəsizlik zəmanəti verməsindən gedir. Bu zəmanət Ukraynanın NATO üzvlüyünü nəzərdə tutmur.

Mənbənin sözlərinə görə, bunun müqabilində Qərb Rusiyaya qarşı sanksiyaları tədricən yumşaldacaq və bir sıra digər güzəştlərə gedəcək.

Xəbərdə iddia olunur ki, Putin buna Amerika və Avropa qoşunlarının müharibədən sonra Ukrayna ərazisində yerləşdirilməyəcəyi şərtilə razılıq verib.

Qeyd edək ki, NATO Nizamnaməsinin 5-ci maddəsi Alyans üzvlərindən birinə hücum halında kollektiv müdafiəni nəzərdə tutur. Müzakirə olunan sxemə görə, müharibə bitdikdən sonra Rusiya yeni hücum başlatsa, NATO öz qüvvələrini dərhal Ukraynaya yürüdəcək. Bundan əlavə, bütün sanksiyalar bərpa olunacaq. Mənbə əlavə edib ki, ABŞ və Avropa nümayəndələri həmçinin Rusiyanın razılaşmalara riayət etməsini izləmək və böhran halında əməliyyat kommunikasiyası qurmaq yollarını da müzakirə ediblər.

Bəs bu məlumat nə dərəcədə reallığa və Kremlin son açıqlamalarına uyğun gəlir?

Hələlik Kremldən bu vacib xəbərlə bağlı hər hansı şərh verilməyib. Ancaq hələ noyabrın 19-da ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner bildirib ki, Vaşinqton Kremli Ukrayna üçün NATO tipli zəmanətlər konsepsiyasında "yumşalmağa" uğurla inandıra bilib. O, Donald Trampın bu cür zəmanətlərin verilməsinə açıq olduğunu deyib və əlavə edib ki, onlar ABŞ-nin də maraqlarına uyğun olmalı və daha geniş təhlükəsizlik müqaviləsinin bir hissəsi olmalıdır.

“The Washington Post”un Amerika administrasiyasındakı mənbəyi onu da iddia edib ki, Kuşner Putinlə görüşdə müharibənin Avropaya yayılması təhlükəsindən və bunun ABŞ-nin maraqlarına zidd olmasından danışıb: "Bu müharibə Ukrayna ilə müharibə kimi başladı. İndi isə Avropa ilə “proksi müharibə”dir, ona görə də bütün tərəflər üçün təhlükəsizlik riskləri artır”.

Məlum məsələdir ki, Ukraynadakı müharibənin əsas səbəbləri sırasında Ukraynanın Rusiyanın təsir dairəsindən çıxıb Avropa Birliyinə qoşulmaq istəyi daha çox önə çəkilir. Rusiya bunun qarşısını almaq istəyirdi, lakin müharibənin gedişi bu cəhdin alınmadığından xəbər verir. Buna görə də bir növ “b varinatı”na keçid edilir.

Bu özünü Rusiya-ABŞ danışıqalrında da büruzə verir. Rusiya Ukraynanın AB üzvlüyünə qarşı çıxa bilmir və rəsmi açıqalmalarda da bu mövqe təsdiqlənir. Buna görə Kuşner Kiyevin "Ukraynanın Avropada uzunmüddətli gələcəyini təmin edəcək AB üzvlüyünə dair əhəmiyyətli irəliləyiş" olduğunu yazıb.

Avropa rəsmiləri is bildiriblər ki, bütün proses on ilə qədər çəkə bilər, buna baxmayaraq, Ukraynanın AB-yə qoşulmaq üçün müraciətinə baxmaqdan ötrü "xüsusi prosedur" yaratmağı planlaşdırırlar.

Lakin bütün bu pozitiv məqamlara paralel olaraq, ərazi məsələsi sülh danışıqlarının əsas maneələrindən biri olaraq qalır. Rusiya Donbasın təhvil verilməsini tələb edir, Kiyev isə bu şərti rədd edir.

Bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin ilk dəfə olaraq Ukraynanın Donbasdan çıxması müqabilində Kiyevin NATO-ya qoşulma ehtimalını irəli sürdüyünü bildirib. O əlavə edib ki, əgər Amerika təhlükəsizlik zəmanətləri, müharibədən sonrakı yenidənqurma üçün vəsait və Ukrayna Silahlı Qüvvələrinə məhdudiyyətləri istisna edən paket razılaşmanı təmin etsə, bu müqaviləni Ukrayna daxilində referenduma çıxarmağa hazır olacaq. Yəni, məlum zəmanətlər və NATO üzvlüyü müqabilində Donbasdan çəkilmək məsələsi referenduma çıxarılaraq, xalqdan razılıq alına bilər. Məlum olduğu kimi, Zelenski dəfələrlə müsahibələrində bəyan edib ki, Ukrayna qoşunlarını Donbasdan çıxararaq oranı Rusiyaya təhvil vermək Prezident kimi onun səlahiyyətləri xaricindədir və ona da eyham vurub ki, Ukrayna xalqı buna imza atacaq istənilən rəhbəri dərhal hakimiyyətdən uzaqlaşdıracaq.

Bu arada Kuşnerin məlum çıxışını şərh edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı hər hansı bir variant Moskva üçün qəbuledilməzdir. O vurğulayıb ki, Kiyev Rusiyanın Şimali Atlantika Alyansına qoşulmamaq tələbini qəbul etməlidir və yalnız bundan sonra təhlükəsizlik zəmanətləri müzakirə edilə bilər.

Beləliklə, Kuşnerin ABŞ və Avropa zəmanətləri barədə dediklərilə Kiyevin NATO üzvlüyü iddiası və xüsusilə da Moskvanın mövqeyi qətiyyən üst-üstə düşmür. Belə ki, Kuşner Ukraynaya 5-ci maddəyə uyğun zəmanətlərin Alyansa üzv olmadan veriləcəyini bildirir. Kiyev isə NATO üzvlüyünü də nəzərdə tutan zəmanətlərdən bəhs edir, üstəlik, müharibədən sonra Qərb qoşunlarının Ukraynaya yeridilməsini istəyir.

Lakin Moskva bunun qəti əleyhindəir. Belədə Kuşnerin önə sürdüyü və deyilənə görə Putinin razılaşdığı 5-ci maddəyə uyğun zəmanət təklifi bir növ Kremllə Kiyevin mövqelərinin orta məxrəci sayıla bilər. Kiyevin də bu kompromisə getmə ehtimalı az deyil.

Lakin Putinin bu zəmanətlərlə razılaşdığı iddiaları hələlik rəsmən öz təsdiqini tapmayıb. Əgər bu iddiada göstərilənlər həqiqətdirsə, bunu münaqişənin həlli istiqamətində vacib addım və diplomatik uğur hesab etmək olar.

Ancaq hələlik tərəflərin “yumşalması” iddiaları nə cəbhə xəttində, nə də mülki və enerji infrastrukturlarına zərbələrdə qətiyyən öz təsdini tapmır...

Cəlal Məmmədli

“AzPolitika.info”  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Noyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri