Icma.az
close
up
RU
Bakının mövqeyi bu məsələdə barışmaz olacaq AÇIQLAMA

Bakının mövqeyi bu məsələdə barışmaz olacaq AÇIQLAMA

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“8 avqust 2025-ci il Vaşinqton anlaşmasından sonra Bakı Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi və təhlükəsizlik reallığına uyğun olaraq ardıcıl və məqsədyönlü addımlar atmaqdadır. Bu addımların mərkəzində regional qarşıdurma modelindən imtina, dayanıqlı sülh, sıx əməkdaşlıq və etimad mühiti üzərində qurulan yeni münasibətlər sistemi dayanır. Azərbaycanın yanaşması situativ deyil, stratejidir və uzunmüddətli sabitliyə hesablanıb”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat deyib ki, hazırda yekun sülh sazişinin imzalanması üçün Bakının qarşısında iki fundamental hədəf mövcuddur: “Birinci hədəf Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır. Bu məsələ hüquqi-texniki detal deyil, sülhün davamlılığını təmin edən əsas siyasi və hüquqi zəmanətdir. Ərazi iddiası saxlanıldığı müddətdə istənilən sülh sazişi formal xarakter daşıyacaq və gələcəkdə revanşizm üçün zəmin yaradacaq.

İkinci strateji hədəf isə Zəngəzur dəhlizinin açılmasıdır. Bu məsələ təkcə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması kontekstində deyil, daha geniş geoiqtisadi çərçivədə qiymətləndirilməlidir. Zəngəzur dəhlizi Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin şaxələndirilməsini təmin edir, regionu qapalı və fragmentar məkandan inteqrasiya olunmuş iqtisadi platformaya çevirir. Bu dəhliz həm Azərbaycan, həm Ermənistan, həm də bütün region üçün yeni inkişaf imkanları yaradır”.

O əlavə edib ki, Bakı dayanıqlı sülhün yalnız sənədlərlə deyil, praktiki etimad addımları ilə mümkün olduğunu yaxşı anlayır: “Məhz bu səbəbdən Azərbaycan üzərinə götürdüyü missiyaya uyğun olaraq 30 ildən artıq müddətdə kommunikasiya blokadasında qalmış Ermənistanın bu vəziyyətdən tədricən çıxarılmasına real töhfələr verir. Azərbaycan ərazisi üzərindən müxtəlif yüklərin daşınması, eləcə də ilk neft partiyasının İrəvana göndərilməsi, rəsmi Bakının sülhə nə qədər ciddi yanaşdığını göstərən simvolik və praktiki addımlardır. Bu yanaşma beynəlxalq aləmdə də müsbət qarşılanır və Azərbaycanın məsuliyyətli regional aktor imicini gücləndirir.

Lakin Cənubi Qafqazda sülhün əldə olunması bütün güc mərkəzlərinin maraqlarına uyğun deyil. Xüsusilə Moskva və Qərbdəki bəzi dairələr Bakının təşəbbüskar rolundan ciddi narahatlıq keçirir. Bu narahatlıq bir tərəfdən region üzərində təsir imkanlarının azalması qorxusu, digər tərəfdən isə münaqişə üzərindən siyasi divident əldə etmək istəyən dairələrin maraqları ilə bağlıdır. Nəticə etibarilə bu qüvvələr birbaşa və dolayı yollarla gərginlik yaratmağa, Ermənistanda revanşist meyilləri gücləndirməyə çalışırlar.

Buna baxmayaraq, Bakının mövqeyi qətidir və dəyişməzdir. Azərbaycan sülh prosesini sabotaj etməyə yönələn hər hansı təxribatçı addıma imkan verməyəcək. Sülhə qarşı yönələn cəhdlər adekvat olacaq və  cavabsız qalmayacaq. Bu mövqe təkcə güc nümayişi deyil, bölgədə yaranmış yeni reallığın qorunmasına xidmət edən preventiv siyasətdir”.

Deputat qeyd edib ki, Azərbaycan üzərinə götürdüyü sülh missiyasını ardıcıl və məsuliyyətlə həyata keçirir: “Yaxın perspektivdə Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması üçün əsas şərtlər formalaşıb. Bu prosesin taleyi isə artıq böyük ölçüdə İrəvanın siyasi iradəsindən asılıdır. Bakı öz üzərinə düşən vəzifələri yerinə yetirir, indi seçim Ermənistanındır: ya revanşizm və xarici təsirlərin girovu olmaq, ya da yeni regional əməkdaşlıq və inkişaf modelinə qoşulmaq”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Dekabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri