Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Həmin qadağanı bir il daha uzatdılar

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Bakının sərnişin nəqliyyatı: Problemlər və çıxış yolları ARAŞDIRMA

Bakının sərnişin nəqliyyatı: Problemlər və çıxış yolları ARAŞDIRMA

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Xəbər verildiyi kimi, Bakı və Abşeron ərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini davamlı olaraq yüksək səviyyədə saxlamaq və avtobus parkının yenilənməsi üçün, dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə “brutto müqavilə” sistemi tətbiq ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə Bakı şəhərinin inzibati ərazisinin və Abşeronun avtobus marşrut şəbəkəsinin qiymətləndirilməsi həyata keçirilib.

“Müəyyən edilib ki, Bakı və Abşeron ərazisini əhatə edən marşrut şəbəkəsinin inteqrasiyası zəifdir, təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 faizinin avtobus şəbəkəsinə çıxışı məhduddur. Avtobus marşrut şəbəkəsinin optimallaşdırılması məqsədilə şəbəkə yenidən işlənilib, marşrutlarda avtobusların sayları və hərəkət intervalları qiymətləndirilib. Yeni avtobus şəbəkəsinin tətbiqi ilə avtobuslara olan tələbatın 2800 ədəd olacağı gözlənilir”.

Qeyd edilib ki, hazırda Bakıda gündəlik sərnişindaşıma fəaliyyətinə 2300 avtobus cəlb edilir. Bu il 200-dən çox avtobusun marşrut şəbəkəsinə daxil olması gözlənilir.

Model çərçivəsində gediş haqqının ödənilməsindən əldə edilən gəlir tənzimləyici orqanda toplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmət üçün ödənişin bir hissəsi bu vəsaitdən, çatışmayan hissəsi isə dövlət tərəfindən ayrılan vəsait hesabına ödəniləcək.

AYNA rəhbəri qeyd edib ki, daşıyıcılar minimum resurs hesabına daha çox sərnişin daşımaq niyyətini güdürlər ki, bu da öz növbəsində hərəkət qrafiklərinə riayət olunması, avtobusların tutumundan istifadə ilə bağlı bir sıra problemlər yaradır: “Avtobusla müntəzəm sərnişindaşıma xidmətinin səviyyəsinin aşağı düşməsi sərnişinlər tərəfindən ictimai nəqliyyat xidmətinə inamsızlıq yaradır, avtobusdan istifadə arzusunu aradan qaldırır, taksilərə və şəxsi nəqliyyat vasitələrinə üz tutmasına səbəb olur, nəticədə şəhər küçələrində şəxsi nəqliyyat vasitələrinin sayının artması və nəqliyyat sıxlığının yaranması müşahidə edilir”.

Göründüyü kimi, Bakının sərnişindaşıma sistemində (hazırda yeganə yerüstü ictimai nəqliyyat növü kimi qalan avtobuslar) həll olunmayan problemlər çoxdur. Uzun illərdir ki, bu sahədə vəziyyəti düzəltmək cəhdlərinə baxmayaraq, hələ də normal sərnişin nəqliyyatı sistemi formalaşmayıb. Bəs bu problemin əsas səbəbləri nədir?

Hazırki vəziyyətin çətinliyini anlamaq üçün 20-25 il əvvəlki vəziyyətə baxmalıyıq. 2000-ci illərdə Bakıdakı yerüstü sərnişin nəqliyyatı növləri ləğv edildi- tramvay, trolleybus, elektrrik qatarları. Halbuki, bu sistemlər daha çox sərnişin daışıyırdı və nizamlı işləyirdi. Onlrın yerini çoxsaylı mikroavtobuslar və taklsilər tutdu. Nəticədə şəhərdə sıxlıq artdı, sərnişinlərin daşınmasında xaotik vəziyyət yarandı. Sonrakı dövrlərdə qalan son yerüstü ictimai nəqliyyat növündə vəziyyəti düzəltmək üçün yeni avtobuslar alındı, marşrut sxemləri işləndi və s. Lakin problem aradan qalxmadı. Artıq avtobuslar tıxaclarda qalır və xaos yaranırdı. Bəzi küçələrdə yaradılan avtobus zolaqları bu sahədə vəziyyəti bir az yaxşılaşdırsa da, ümumi nəqliyyatın axınında problem yaratdı və tıcaxları daha da artırdı.

Alınmış yeni avtobusların da çoxu istifadəyə buraxılmır. Sosial şəbəkələrdə paylaşılan videolardan görünür ki, Zığ qəsəbəsindəki avtobus parkında gündüz vaxtı yüzlərlə avtobus dayanıb qalır. Halbuki, şəhərdə avtobus çatışmazlığı var, xüsusən pik saatlarda vəziyyət çox çətinləşir. Lakin mövcud avtobusların az hissəsini xəttə buraxırlar. Mümkün qədər az avtobusla mümkün qədər çox sərnişin daşımaq prinsipi ilə hərəkət edilir. Məsələn, 100 sərnişini 2 avtobusla daşımaqdansa, 1 avtobusla daşımağa üstünlük verilir. Bunu AYNA rəhbəri də etiraf edib.

Bundan başqa, marşrut xətlərinin çoxu ləğv edildiyindən, sərnişinlər əksər hallarda bir yerdən digərinə getmək üçün 2, bəzi hallarda 3 avtobus dəyişməli olurlar. Bunu da AYNA rəhbəri etiraf edib.

Marşrut xətləri və avtobusların sayı azaldığından çoxları taksi ilə və ya öz avtomobili ilə gedib-gəlməyə məcbur olur. Minimum əməkhaqqının 400 manat olduğu bir şəraitdə bu insanların ailə büdcəsinə böyük zərər vurur. Bundan başqa ictimai nəqliyyatın azalması şəhərdə avtomibillərin sayını artırır ki, bu da daha bir problemə rəvac verir- tıxaclar artır.

Şəhərin mərkəzi hissələrində müasir avtobuslar xəttə buraxılıb. Ancaq şəhərətrafı yerlərdə hətta 90-cı illərin avtobuslarını da görmək mümkündür. Həmin avtobuslar heç bir təhlükəsizlik normalarına cavab vermir. Qırıq-sökük, xarab vəziyyətdədirlər. Avtobuslar tez-tez yolda qalır, qəza törədir. Ancaq, söhbət gediş haqqına gələndə onların sərnişinləri komfortlu avtobuslarla eyni məbləği ödəməlidirlər.

Bahalı avtobuslar almaqla da iş bitmir. Xidməti optimal təşkil etmək lazımdır. Bir çox ölkələr var ki, avtobusları bizimkilərdən daha ucuz və sadədir. Ancaq, çox sistemli şəkildə hərəkət edir. 300 minlik avtobusları biz ağzına qədər dolu istifadə edirik, nəticədə onlar daha tez sıradan çıxır.

Son illərdə gediş haqqı 2 dəfə arıtılıb. Halbuki, yeni avtobuslar 3 dəfə daha az yanacaq xərci ilə işləyir. Onların çoxu sıxılmış qaz və elektriklə işləyir ki, bu da sərnişindaşımada maya dəyərini aşağı salır. Daha ucuz yanacaqdan istifadə edildiyi halda gediş haqqını bahalaşdırmaq nəyə lazımdır? Hər bahalaşdırmada deyilir ki, xidmət yaxşılaşcaq, amma gediş qiymətindən başqa heç nə dəyişmir. Belə halda qiyməti artırmaq yox, ucuzlaşdırmaq lazımdır.

Dünyanın bütün şəhərlərində aylıq bilet sistemi var, yalnız bizdə yoxdur. Müəyyən kateqoriyalara- məsələn, şagirdlərə, tələbələrə pulsiz və ya güzətşli sistem var, bizdə yoxdur. Bundan başqa, əksər dünya şəhərlərində nəqliyyatda gediş haqqı bir neçə saat qüvvədə olur və sərnişin 1 biletlə 2-3 marşurtdan istifadə edə bilir. Yaxud da, gün ərzində 1-ci gedişdən sonrakı gedişdə 50 faiz qiymətlə, 3-cü və digərlərində isə pulsuz gedə bilir. Bizdə isə bunların heç biri tətbiq olunmur.

Hazırda Bakının sərnişindaşıma sahəsi dünyada ən bərbadlarından biridir. Bakı dünyanın bəlkə də yeganə iri şəhəridir ki, burada yerüstü ictimai nəqliyyat növlərinin yalnız biri fəaliyyət göstərir. Uzun illərdir ki, tramvay sisteminin bərpa ediləcəyi haqda məlumatlar buraxılsa da, hələ ki bu sahədə heç bir iş görülməyib.

Dünyanın bütün böyük şəhərlərində və paytaxtlarında çox sayda sərnişindaşıma növləri fəaliyyət göstərir. Bir zamanlar bizdə də olan tramvay, trolleybus, elektrik qatarları və s. sistemləri mövcuddur. Dünyada bir çox liman şəhərlərində hətta katerlərlə daşıma mövcuddur. Elə bir sistem qurulur ki, sərnişinlər rahat şəkildə mənzil başına çata bilirlər.

Bütün böyük şəhərlərdə şəhərətrafı ərazilərə, aeroporta və s. yerlərə elektrik qatarları işləyir. Bizdə isə vaxtilə mövcud olmuş sıx dəmiryolu şəbəkəsi ləğv edilib. Sonradan yalnız 2 xətt bərpa olunub. İndi sadəcə Bakı-Sumqayıt marşrutu üzrə 2 qatar xətti fəaliyyət göstərir. Bu sistemin işlədildiyi ölkələrdə sistem mükəmməl qurulur və avtomobillərin istifadəsi azalır. Bakıda isə alternativ sistemlər yaradılmadığı halda, avtomobillərin istifadəsi zorakı yollarla məhdudlaşdırılır.

Bakıda sərnişin nəqliyyatını normal hala gətirmək üçün bütün növ nəqliyyat sistemləri bərpa olunmalıdır. Marşrut xəxtləri elə qurulmalıdır ki, şəhərin hər yerindən hər yerinə 1 marşrutla getmək mümükn olsun.

Vaxtıilə dağıdılan sərnişindaşıma sistemlərinin yenidən bərpası üçün indi çox böyük sərmayə tələb olunur. Bu nəqliyyat növləri bərpa edilməsə, vəziyyət getdikcə pisləşəcək. Hələ yaxşı ki, metro var. Yoxsa şəhərdə vəziyyət faciəvi olardı. Lakin metro stansiyalarının tikintisi də çox ləng gedir. Keçmiş Sovet respubllikalarının metro olan şəhərlərində keçən 35 ildə xeyli sayda metro stansiyası tikilib, Bakıda isə cəmi 35 ildə 5 stansiya açılıb. Yerüstü sərnişin nəqliyyatındakı gərginlik bütün yükü metronun üzərinə qoyur və metro da dəhşətli dərəcədə yüklənmə ilə işləyir. Platformalarda, vaqonlarda dayanmağa yer yoxdur, sərnişinlər havasızlıqdan birtəhər olur.

Belə bir sistemlə heç bir halda normal sərnişindaşımadan söhbət gedə bilməz. Bu səbəbdən də Bakının sərnişindaşıma sistemi tamamilə yenidən qurulmalı, vaxtilə ləğv olunmuş nəqliyyat sistemləri bərpa olunmalı, yeni metrostansiyaları tikilməli, dəniz üzərindən katerlərlə sərnişindaşınması təşkil edilməli, marşrut sxemləri düzgün qurulmaldır.

Bu səbəbdən, paytaxtın nəqliyyat və sərniıindaşıma sistemində əsaslı islahatların həyata keçirlməsi məqsədləri tədqirəlayiqdir. Bu tədbirlər yaxın illərdə bu sahədə optimal vəziyyət yarada bilər.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see264

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see245

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see200

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see174

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see154

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see137

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see134

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see133

Həmin qadağanı bir il daha uzatdılar

26 Dekabr 2025 02:14see129

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri