Icma.az
close
up
RU
Azərbaycanda futbolun inkişafında problemlər və çıxış yolları

Azərbaycanda futbolun inkişafında problemlər və çıxış yolları

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

İstər-istəməz niyə Azərbaycanda futbol zəifdir sualı hər bir azərbaycanlını düşünsdürür. Bunu korrupsiya ilə, kollektiv idman oyunlarının bizim xalqın mentaliletinə uyğun gəlməməsi ilə, futbol ənənələrinin zəif olması və s. əlaqələndirənlər də vardır ki, təbii ki, bu səbəblərin olmasını tam şəkildə inkar etmək olmaz. Lakin əsas səbəb bizdə futbol strategiyasının olmaması, 10-15 illik bir dövrü əhatə edən futbolun keyfiyyətli inkişaf proqramının olmaması, bacarıqlı menecerlərin bu işə cəlb edilməməsidir. Qonşu Gürcüstanın Avropa çempionatındakı uğuru yadımızdadır, lakin qonşu respublikada 90-cı illərdə vəziyyət elə bizim indiki durumumuzdan heç də fərqlənmirdi, lakin qonşularımız futbolun inkişafının düzgün siyasəti sayəsində bu durumdan çıxdılar, Gürcüstan millisinin üzvlərinin böyük bir qismi hal-hazırda Avropanın tanınmış klublarında çıxış edir, odur ki, nə vaxt Azərbaycan millisinin üzvlərinin böyük əksəriyyəti Avropanın tanınmış klublarında çıxış edəcək, biz onda futbolun inkişafından danışa bilərik, əks halda istər Santuş olsun, istərsə də digər tanınmış simalar olan Qvardiola və yaxud Ançelotti, bizim millimiz bu heyətlə heç bir uğur qazana bilməyəcək və bizim U-16,U-17,U-18,U-19,U-21 komandalarımızın nəticələri göstərir ki, yaxın 10 il ərzində heç bir uğurdan söhbət gedə bilməz. 

Uğursuzluqlarda mentalitet məsələsi. Belə bir sual doğur ki, doğrudanmı futbol oyunu bizim xalqın mentalitetinə tam uyğun gəlmir ? Yəqin ki, əsas səbəb olmasa da burada bir həqiqət var. Bu yaxınlarda keçmiş futbolçu Rasim Abışovun bir müsahibəsinə rast gəldim, Rusiyanın Stavropol vilayətində futbol məktəbində müəllimlik edən (niyə öz vətənində yox, bu da bir ayrı mövzudur) R.Abışovun müəllimlik etdiyi məktəbdə bir dənə də olsa azərbaycanlı uşaq yoxdur, əvəzində erməni millətindən olan uşaqlar futbolun sirlərinə yiyələnirlər. Yadımdadır, sovet dövründə təqribən 80-cı illərdə səhv etmirəmsə İmişli rayonunda çox gözəl bir futbolçu olur və onun istedadının əks- sədası Bakıya da çatır və o vaxtlar “Neftçi” komandasının baş məşqçisi şəxsən özü İmişliyə gedir və həmin futbolçunun oyununa baxıb, onu çox bəyənir, “Neftçi”yə cəlb etmək üçün onun atası ilə görüşür, futbolçunun atasının cavabı isə təqribən belə olur ki, “sən istəyirsən ki, mənim oğlum “tumançaq” düşüb meydançada top qovsun?”. 

 Digər bir səbəb isə ondan ibarətdir ki, valideynlər uşaqlarının zədə almağından çəkinirlər və bu səbəbdən öz övladlarını futbol mməktəblərinə göndərmirlər, lakin nəzərə almırlar ki, futbol onlara məşhurluq, maddi təminat gətirməkdən əlavə həm də onların uşaqlarının daha sağlam olmasına və pis vərdişlərə qoşulmaması üçün şərait yaradacaq. İspaniyanın “Real” komandasının ən önəmli oyunçularından biri olan Rodriqonun bu yaxınlarda bir müsahibəsini oxudum, deyir ki, Braziliyada mənim ətrafımda məndən on dəfə yaxşı oynayan futbolçu uşaqlar var idi, lakin onlar hamısı “pozuldu”(pis vərdişlərə qoşuldular) və futbolu atdılar. Bizdə nə qədər belə istedadlı futbolçular hər il futboldan uzaqlaşır, öz istedadlarından bəhrələnə bilmirlər ? Biz futbolun vacibliyini və onun gətirəcəyi “dividend”ləri elə təbliğ etməliyik ki, valideynlər öz uşaqlarının futbolçu kimi yetişməsində maraqlı olsunlar.

Bəzən də belə fikrə rast gəlmək olur ki, AFFA-nı professional futbolçular idarə etməlidirlər və bu zaman bizdə də futbol inkişaf edəcək. Təbii ki, futbolun idarəçiliyinə professional futbolçular da cəlb olunmalıdır, amma ən əsası odur ki, federasiya rəhbərliyində bacarıqlı menecerlər, təşkilatçılıq qabiliyyəti yüksək olan şəxslər təmsil olunsun, fərqi yoxdur o nə vaxtsa futbolçu olub və yaxud hər hansı bir başqa sənətin sahibidir.

Əgər biz bu gün bəzi lazımi tədbirləri həyata keçirsək hesab edirəm ki, 10-15 ildən sonra Azərbaycanın bütün yaş qrupları üzrə komandalarının inkişafından danışmaq olar. Azərbaycanda futbolun inkişafı ilə bağlı yaxın 10-15 ili əhatə edən yeni bir Proqram qəbul edilməli və hər il həmin proqramın yerinə yetirilməsi ilə bağlı hesabat verilməlidir. Proqramda ən azı aşaağıdakı müddəalar öz əksini tapmalıdır:

1. Azərbaycanda futbolun kütləviliyin təmin edilməsi, uşaq futbolunun inkişaf etdirilməsi;

2. Futbolun inkişafı ilə bağlı digər “futbol ölkələri”nin (Gürcüstan, Xorvatiya, Niderland və s.) təcrübəsinin öyrənilməsi;

3. Sovet dönəmində populyar olan uşaqlar arasında keçirilən “Dəri top” turnirinin bərpa edilməsi;

4. AFFA, Bakı şəhər İcra hakimiyyəti və Rayon İcra Hakimiyyətləri ilə birlikdə boş sahələrdə, binalararası yerlərdə (nə qədər ki, “işbazlar” tərəfindən zəbt edilməyib) mini futbol meydançalarının inşa edilməsi və bələdiyyələrin və yaxud Yerli İcra Hakimiyyətlərinin balansına verilməsi;

5. Azərbaycan Respublikası Təhsil Nazirliyi və AFFA-nın iştirakı ilə birlikdə rayonlarda mövcud olan internat məktəblərin “xüsusiləşmiş futbol” məktəblərinə çevrilməsi ilə bağlı işləri həyata keçirmək, ən ucqar kəndlərdən belə istedadlı uşaqları bu internat məktəblərinə cəlb etmək;

6. Orta məktəblərdə siniflər arası futbol yarışlarının və futbol üzrə məktəblər arası şəhər və rayon birinciliklələrinin təkil edilməsi və bu yarışlara futbol seleksionerlərinin cəlb edilməsi;

7. Uşaq futbol məşqçiləri yetişdirilməsi sahəsində işləri həyata keçirmək, bu məqsədlə AFFA nəzdində müvafiq 6 aylıq – 1 illik kursları təşkil etmək və bu kurslarda dərs demək üçün xaricdən yüksək səviyyəli mütəxəssisləri cəlb etmək ;

8. Futbolçularla bağlanan müqavilələrlə bağlı qanunvericiliyi təkmilləşdirmək ;

9. Yeni gənc futbolçuların yetişdirilməsi məqsədilə kiçik futbol məktəblərinin yaradılmasına iş, adamlarının, biznes strukturlarının bu işə cəlb edilməsi, hər bir gənc futbolçunun yetişdirilməsi üçün qoyulmuş investiyaların investora futbolçuların transferi hesabına geri qaytarılmasını qarantiya edən mexanizmin işlənib hazırlanması və bu sahədə qanunvericliyi təkmilləşdirilməsi;

Adil Hacalıyev

Hüquqşünas

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyun 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri