Icma.az
close
up
RU
Azərbaycanda bitkiçilikdə aşağı məhsuldarlığın səbəbləri: Problemlər və Çıxış Yolları ARAŞDIRMA

Azərbaycanda bitkiçilikdə aşağı məhsuldarlığın səbəbləri: Problemlər və Çıxış Yolları ARAŞDIRMA

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ötən ilin statistik göstəricilərinə görə, Azərbaycanda dənli və dənli paxlalı bitkilərin əkin sahəsi 7,7% artsa da, bitkiçilik məhsullarının istehsalı cəmi 1,1% yüksəlib. Bu isə əkin sahələrinin genişlənməsinə baxmayaraq məhsuldarlığın aşağı olduğunu göstərir.

Bitkiçilik sahəsində məhsuldarlıq niyə aşağıdır?

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Xaliq Məmmədov “APA-Economics”ə açıqlamasında bu geriliyin əsas səbəblərini təhlil edib, problemlərin həlli yollarını sadalayıb:

“Torpağa münasibət önəmlidir”

“Kənd təsərrüfatı istehsalçılarının torpağa münasibəti çox önəmlidir. Aidiyyəti dövlət qurumları bu məsələ üzərinə ciddi işləməlidir. Azərbaycan Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı siyasəti təqdirəlayiqdir. Ölkədə torpaq islahatı aparılıb və nəticədə yeni təsərrüfatçılıq formaları meydana çıxıb. Azərbaycanda aqroparklara 2,2 milyard manatdan çox vəsait qoyulub. Çox nümunəvi təsərrüfatlar yaradılıb. Ölkədə iri kənd təsərrüfatı məhsulları istehsalçıları, böyük holdinqlər var. İstehsalçılar arasında çoxluq təşkil edən isə kəndli-fermer təsərrüfatlarıdır. Bunları ailə təsərrüfatı kimi də qəbul edə bilərik.

Vaxtilə islahat nəticəsində ailə fermer təsərrüfatlarına pay torpaqları verilib. Bu təsərrüfatçıların torpağa münasibəti və ondan istifadə qaydaları statistik rəqəmlər üzərindən ayrıca araşdırılmalıdır. Yəni hansı fermerin nə əkdiyi, nə zaman əkdiyi, hansı toxumdan istifadə etdiyi araşdırma tələb edir. Qanunvericiliyə görə kənd təsərrüfatında sertifikatlaşdırılmış toxumdan istifadə olunmalıdır. Bəs rayonlaşdırılmış toxumlardan istifadə olunurmu? İqlimə görə, torpağa görə toxumların seçilməsi məsələsinə də diqqət edilməlidir”.

“Sudan səmərəsiz istifadə edilir”

X.Məmmədov suvarma ilə bağlı problemlərin olmasından, bunun məhsuldarlığa mənfi təsirlərindən söz açıb:

“Bizdə əsasən selləmə suvarma sistemindən istifadə olunur. Bu isə su resurslarının səmərəsiz istifadəsi deməkdir. Suyun bitkiyə vaxtında verilməməsi də problem yaradır. Su resurslarından səmərəsiz istifadə olunması nəticəsində də məhsuldarlıq aşağı düşür. Məhsuldarlığa təsir edən birinci amil aqrotexniki qulluq qaydalarıdır. Azərbaycanda çox mütərəqqi buğda təsərrüfatları var. Bu təsərrüfatlarda bir hektara 75-80 sentner, bəzi yerlərdə, məsələn, İsmayıllının İvanovka kəndində 90-95 sentner məhsul götürülür. Amma orta rəqəm bizdə 30-31 sentnerdir. Bu, dünya praktikasına görə, çox aşağı rəqəm sayılır. Odur ki, torpağa münasibət məsələsinə bütün mənalarda yenidən baxmalıyıq.

Azərbaycanda kənd təsərrüfatı subsidiyalaşdırılır. Amma burda da mübahisə doğuran məsələlər var. Subsidiyalardan necə istifadə olunur və o, fermerə zamanında verilirmi? Fermer bu gün torpağa azot gübrəsi verməlidirsə, amma subsidiya fermerin kartına yüklənməyibsə, fermer onu ala bilmirsə, torpağa lazım olan miqdarda verə bilmirsə, bu, təchizatçı şirkətlərlə fermerlər arasında uyğunsuzluq yaradır. Bu da ciddi problemdir”.

“Ölkədə gübrə çatışmazlığı var”

Ekspert qeyd edib ki, Azərbaycanda ənənəvi olaraq Rusiya mənşəli gübrələrdən istifadə olunur:

“Bizdə fosfor, kalium və azot gübrələri işlədilir. Mikro elementlərdən demək olar ki, çox az istifadə olunur. Əsasən də maye gübrələrə münasibət çox aşağıdır. Bu, xüsusi maarifləndirmə tələb edən işdir. Bu gün istifadə edilən amafos gübrəsi Rusiyada istehsal olunur. Onun qiyməti çox bahadır və idxalı da xeyli çətinləşib. Demək olar ki, bu gün ölkədə gübrə çatışmazlığı var. Nitroammofoska gübrəsinin də idxalında çətinlik yaranıb və qiymətləri də çox yuxarıdır. Fermer onu alıb torpağa verə bilmir. Rusiya-Ukrayna münaqişəsi fonunda logistika sahəsində və gübrə istehsalında ciddi problemlər var. Gübrə bahalaşıb. Nəticədə ölkədə 1 hektara verilən subsidiya qiymət artımı ilə uyğunsuzluq təşkil edir. Bu məsələyə də baxılmalıdır”.

“Maye gübrədən istifadə olunmalıdır”

X.Məmmədov fermerlərin maarifləndirilməsinin aşağı səviyyədə olduğunu vurğulayıb:

“Aqrotexniki qaydaların dünya praktikasına uyğun aparılması üçün fermerlərin lazımi bilik səviyyəsinin olmaması vacib problemlərdəndir. Bu gün fermer torpağa 200 kiloqram amafos verirsə, bu, təqribən 274 manat edir. Amma, məsələn, maye gübrədən istifadə etsə və bir hektara 3 litr maye gübrə versə, onun xərci təqribən 86 manat olacaq. Belə olduqda bir hektara düşən məhsulun maya dəyəri aşağı enir. Maye gübrənin tərkibində mikroelementlər və ya xeyirli bateriyalar olduğu üçün bitkidə yarpaqdan gübrələmə vasitəsilə daha yaxşı mənimsəmə gedir. Maye gübrələrdən istifadə həm torpağın, həm bitkinin, həm də ekologiyanın qorunmasına gətirir”.

“Fermerlərin gəliri azdır”

“Daha bir önəmli məsələ bizdə dənli və dənli paxlalı bitkilərin ixracına qoyulan müvəqqəti qadağadır. Əvvəllər Azərbaycan fermerinin bir sıra ölkələrə arpa ixrac etmək imkanı var idi. Amma indi müvəqqəti olaraq ixraca qadağa qoyulduğu və Rusiyadan idxal payı çox olduğu üçün qiymətlər aşağıdır. Fermer arpa və ya buğda istehsal etməyə çox da maraqlı deyil. O, istehsal etdiyini maya dəyərinə və ya ona yaxın bir qiymətə satır. Nəticədə gəlir əldə etmədiyi üçün bu istehsal ilə ciddi formada məşğul olmağa həvəs göstərmir”, - deyə X.Məmmədov əlavə edib.

Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə açıqlamada isə qeyd edilib ki, 2024-cü il mövsümündə ölkədə yalnız buğda və arpa nəzərə alınmaqla 971,4 min hektar taxıl sahəsinin 964,9 min hektarında, yəni 99,3%-də biçin aparılıb:

“Biçilmiş sahələrdən 2 913,9 min ton məhsul istehsal olunub. Taxıl üzrə orta məhsuldarlıq 30.2 sen/ha təşkil edib. 2024-cü ildə istehsal olunan məhsulun həcmi 2023-cü illə müqayisədə 13,3 min ton (2023-cü il - 2 900,6 min ton, artım 0.5%) çox olsa da, iqlim şəraitinin taxıl istehsalı prosesi dövründə əlverişsiz olması səbəbindən 2023-cü illə müqayisədə məhsuldarlıq 2,1 sentner azalıb. (2023-cü ildə hektardan məhsuldarlıq 32,3 sentner təşkil edib)”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:290
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Aprel 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri