Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Bakının siyasi iradəsi kənar təzyiqdən güclüdür

Bakının siyasi iradəsi kənar təzyiqdən güclüdür

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev Azərbaycana yuxarıdan aşağı baxmaq istəyənləri bir daha cavablandırdı

Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciəti 2025-ci ilə siyasi-məntiqi yekun vurması ilə yanaşı, qarşıda duran məqsədlərə çatmaq üçün dövlətin həyata keçirəcəyi işlərin miqyası, bu yolda maneələr yaratmaq arzusuna düşənlərə ismarış-xəbərdarlıqları ilə yadda qaldı. Proqram xarakterli müraciətin əsas motivləti son bir ildə əldə olunmuş uğurlardan, “Böyük Qayıdış”dan tutmuş, 2026-cı ildə regionda və qlobal miqyasda reallaşdırılacaq planlara qədər geniş spektrli məsələləri əhatə edirdi.

Dövlətimizin başçısının müraciətində diqqəti cəlb edən əsas məqamlardan biri Azərbaycanın bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrinin milli və dövlət maraqlarımıza uyğunluğu prinsipinin daim gözlənilməsi kontekstində söylədikləri idi. Bu zaman Prezidentin geridə qoyduğumuz ildə ölkəmizin çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsini xatırlatması təsadüfi deyildi. Onun işğaldan azad edilmiş Xankəndidə ECO-nun Zirvə görüşünün, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün keçirilməsini xüsusi vurğulaması isə sonra deyəcəkləri üçün bir növ preambula məqsədi daşıyırdı. Qəbələ Zirvə görüşünü “bizim ailəmiz olan Türk dünyasının birləşməsi istiqamətində daha bir önəmli addım” kimi səciyyələndirən Azərbaycan Prezidenti bu qardaşlıq birliyinə və tərəfdaşlığına xor baxanların, üstümüzə yeriməyə cürət edənlərin cavabını verməyi nə unutmadı. Bu zaman cavab məhz Azərbaycanın timsalında nümunə olaraq bütün çalarları ilə ortaya qoyuldu: “Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın”.

Prezidentin bu mesajında konkret ünvan göstərilməsə də, burada söhbətin hansı dövlətdən və həmin dövlətin son 5 ildə Azərbaycana qarşı sərgilədiyi yolverilməz siyasi davranış və hərəkətlərindən, eləcə də onun bütün təxribatçı cəhdlərinin qarşısının qətiyyətlə alınmasından və bu zaman dövlət başçımızın nümayiş etdirdiyi dəyişməz mövqeli siyasi iradəsindən getdiyini diletantlar da başa düşdü. Hər şeyi öz adı ilə çağırmağı leksikonunun daimi ünsürünə çevirmiş İlham Əliyev bununla bir daha böyük siyasətdə təsadüfi iştirakçı olmadığını, qlobal şahmat lövhəsində dəqiq və düşünülmüş diplomat-qrossmeyster gedişləri etməyə qadir beynəlxalq miqyaslı oyunçu statusunu hamının nəzərinə çatdırmış oldu.

Əlbəttə ki, bu zaman Azərbaycanın yeni münasibətlər qurduğu tərəfdaşları ilə yanaşı, dünənki bədxahları da qarşılarındakının gücünü və qabiliyyətini düzgün dəyərləndirməyə məcburdurlar. Bu, onlar üçün həm də gələcəkdə də diqqətdə saxlayacaqları məqsədli ismarışdır. Axı illərlə davam edən və heç bir faydası olmayan təzyiq vasitələrindən onların özləri də yorulublar. Bunu Azərbaycan Prezidenti xalqa müraciətində olduqca dəqiq ifadə etdi: “Tədricən hər kəs görür ki, belə cəhdlərin sayı da kəskin azaldı. Çünki bunun heç bir mənası yoxdur”.

Bəli, nə zaman 30 il əvvəlki zamandır, nə də oyunçular o dövrün oyunçularıdır. Məqsədə çatmaq üçün köhnəlmiş metodlara da korrektələr edilməyin vaxtı çatıb. Bu məsələdə ləngimək olmaz. İndi ləngimək sərnişinlərini sülhə, əməkdaşlığa və tərəqqiyə aparacaq zamanın qatarına gecikməyə bərabərdir.

Yazımıza Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin son gecəsində xalqına və dünyaya ünvanladığı müraciətindən ibrətamiz iqtibasla nöqtə qoyuruq: “Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, Xalq-İqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz”.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Azərbaycan Prezidenti artıq neçənci dəfədir ki, siyasi iradə məsələsini dilə gətirir. Bəli, iradəsiz nə həyatda, nə də dövlətin başında hansısa nəticəni əldə etmək mümkün deyil. Çünki ətrafda hamı – həm şəxsi zəmində, həm şirkət, həm də dövlət kimi – birinci növbədə öz maraqlarını təmin etməyə çalışır. İlham Əliyev bütün müstəvilərdə yalnız xalqın, dövlətin maraqlarını həyata keçirmək barədə düşünür. Bu zaman maraqlar toqquşur, müxtəlif təzyiq rıçaqları işə düşür. Məhz bu zaman həmin təzyiqlərin qarşısında durmaqdan ötrü böyük iradə tələb olunur. Amma onu da mütləq qeyd etməliyəm ki, Rusiyanın, Fransa başda olmaqa Avropa İttifaqının, İranın təzyiqlərini neytrallaşdırmaq üçün təkcə siyasi iradə kifayət eləmirdi. Bundan ötrü həm də düşünülmüş, praqmatik və uzunmüddətli siyasət, strategiya lazım idi. Dediklərimizi həyata keçirməkdən ötrü düzgün taktika seçilməlidir. Azərbaycan Prezidenti hakimiyyətdə olduğu 22 il ərzində, xüsusilə son 5 ildə bunların hamısını əyani şəkildə nümayiş etdirdi. Ölkənin mövcud imkanlarını və potensialını düzgün idarə etmək. Burada söhbət yalnız neftdən getmir. İran, Venesuela, İraq, Liviya və Suriyanın “qara qızıl”ı Azərbaycanınkından dəfələrlə çoxdur. Amma baxın, bu dövlətlər indi hansı gündədir. Bəli, söhbət dediyimiz imkanları düzgün və lazımi istiqamətə yönəltməyi bacarmaqdan gedir. Dövlətimizin başçısı bu siyasəti ardıcıl surətdə həyata keçirir. Təkrar edirəm, bu zaman uzunmüddətli strategiyaya malik olmaq çox vacibdir. Bütün bu amillər Qarabağ münaqişəsinin Azərbaycanın qalibiyyəti ilə başa çatmasını şərtləndirdi. Tarixi ədalətin bərpa edilməsi prosesində Ermənistanı himayə edənlərin ölkəmizə qarşı total təzyiqləri başlayanda Prezident İlham Əliyev təkcə siyasi iradəsini deyil, Azərbaycanın güc və imkanlarını düzgün səfərbər etməyin və yönəltməyin sayəsində təzyiqlərə sinə gərməyi bacardı. Çünki arxasında xalqın dəstəyini hiss edirdi. Bunlar olduqca vacib amillərdir.

Bu gün heç bir xarici qüvvə Azərbaycanı tutduğu düzgün yoldan yayındırmağı, azdırmağı bacarmır. Buna cənab Prezident imkan da vermir. Təzyiq mexanizmlərindən istifadəyə öyrəncəli dövlətlər isə nəhayət, anladılar ki, Azərbaycanla bu dildə nə danışmaq, nə də nəticə əldə etmək olar.

İmran BƏDİRXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri