Icma.az
close
up
RU
Bakının taleyini dəyişəcək qərar gözlənilir Xəbərlər yayıldı

Bakının taleyini dəyişəcək qərar gözlənilir Xəbərlər yayıldı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı yayılan xəbərlər ictimaiyyətdə müzakirələrə səbəb olub. Bildirilir ki, bu, təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən böyük və nüfuzlu avtomobil mərkəzlərindən birinə çevrilə bilər. Həmçinin bəziləri düşünür ki, alıcı-satıcı axınının azalması, bazarın Bakıdan kənara köçürülməsi fonunda müəyyən risklərin yaranması mümkündür. Yəni həm ciddi tərəfdarlar, həm də əleyhdarlar var.

Bakıdakı maşın bazarının Ağdama köçürülməsi niyə faydalıdır?  Yaxud əks arqument varmı?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, sözügedən addımın ölkə üçün faydaları böyükdür:

“Ağdamda daha böyük və müasir bazar qurmaq mümkündür. Nəticədə Bakıdakı dar, köhnə infrastruktur məhdudiyyətləri aradan qalxar. Eyni zamanda maşın bazarına görə həftəsonu ciddi sıxlıq yaranır. Bu yük köçürülmə ilə paytaxtdan kənara çıxmış olar. Lakin bazarın aktivliyi qismən azalacaq. Çünki alıcı üçün uzaq məsafəni qət etmək çətin görünür. Bütün hallarda maşın almaq istəyənlər, ora getmək məcburiyyətində qalacaqlar. Həm də onlayn satışlar mövcuddur. Ola bilər ki, bazar orada yerləşsin, amma seçim şəxsin istəyinə görə Bakıdan və ya digər bölgələrdən qiyabi qaydada aparılsın”.

Aslan Əsədov

Ekspert bildirib ki, burada söhbət təkcə avtomobil bazarının açılmasından getmir:

“Bu ərazidə notariat xidməti, Dövlət Yol Polisinin texniki baxış bölməsi və alqı-satqının rəsmiləşdirilməsi üçün zəruri olan digər strukturların da fəaliyyəti məqsədəuyğun olardı. Belə islahatlar həm də bölgələrin kompleks inkişafına xidmət edəcək. Proses həm məşğulluq, həm də bölgəyə investisiya deməkdir. Ümumilikdə, bu cür təşəbbüslər regionların inkişafına mühüm töhfə verir”.

Qeyd edək ki, Bakıdakı maşın bazarının köçürüləcəyi haqda məlumatda belə əsaslandırılır ki, avtomobil bazarı və logistika infrastrukturunun qurulması Ağdamı ölkənin dinamik iqtisadi zonalarından birinə çevirəcək. Həmçinin bura Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq, region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək.

Lakin noyabrın 25-də Ağdam Rayon İcra Hakimiyyətindən Qafqazinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, RİH-ə aid hissədə belə bir bazarın inşası nəzərdə tutulmayıb.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri