Icma.az
close
up
RU
Bakının tıxaca boğulmuş nəqliyyat sistemi metro stansiyalarının artırılmasına ciddi ehtiyac duyur Video

Bakının tıxaca boğulmuş nəqliyyat sistemi metro stansiyalarının artırılmasına ciddi ehtiyac duyur Video

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün şəhərin hansı istiqamətinə getmək istəsən tıxaca düşürsən. Müvafiq qurumlar guya çalışır ki, şəhəri "piyadalar şəhəri"nə çevirsin. Amma unudurlar ki. Bunun üçün öncə müvafiq infrastruktur olmalıdır. Saatlarla avtobus gözləyən, istifadə etdiyi avtobus xarab olduğu üçün yolda qalan bununla belə ödədiyi yol pulu geri qaytarılmayan, metroda tanımadıqları insanlarla az qala qohumluq əlaqəsinə girən, mindiyi sürət qatarı yolda nasazlayan sərnişin kimin boynuna minib işyerinə gəlməlidir?

Şəhərin piyadalar şəhəri olması üçün öncə sakinlərin normal hərəkətini təmi etmək lazımdır. Bunun üçün hansı prosedurlardan keçməliyik?

Etiraf edək ki, nə dəmiryollarımız, nə metromuz Bakının piyadalar üçün rahat şəhərə çevrilməsinə şərait yaradacaq qədər inkişaf etməyib. Hələ yadınıza gəlirsə, şəhər daxilində tramvay istifadəsindən danışırdıq...

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, şəhər özü böyük canlı orqanizmdir. Ekspertin sözlərinə görə, pandemiyadan sonra istehlak zənciri pozulub, axınlar qarışıb: “Eyni zamanda bir çox hadisələr baş verib ki, ictimai nəqliyyata da fəsadsız ötüşməyib. Son bir ildə “mobilliyin tranformasiyası” layihəsi çərçivəsində yumşaq islahatın elementlərini  müşahidə edirik. Yəni mövcud infrastruktur daxilində az xərclə daha tez nəticə verən həllər- avtobus zolağı, mikromobillik zolağı şəbəkəsi yaradılıb. Avtobus parkına elektrobuslar gətirilib”.

Rauf Ağamirzəyev

Ekspert hesab edir ki, qısa zamanda biz bunun nəticəsini gördük, amma bunun ardı olaraq sərt islahatlar gəlməlidir. Rauf Ağamirzəyevin sözlərinə görə, bu da daha böyük investisiya tutumlu layihələr olmalıdır: “Bu da şəhərin əsas yükünü götürə bilən və mobilliyin təminatı üçün relsli nəqliyyatın olmasıdır. Yerüstü metro funksiyasını daşıyan şəhərətrafı elektrik qatarı olmalıdır. Şəhərin daxilində 57 yaşlı metro inkişaf etməlidir. Bir deyil, bir neçə marşrut olmalıdır ki, nəqliyyat sistemi daha sağlam fəaliyyət göstərə bilsin”.

Rauf Ağamirzəyev deyir ki, keçən ilin yayında 60 faiz 1-3 kilometr məsafəni taksi və fərdi nəqliyyatla hərəkət edirdi. Taksi yaşının azaldılaraq, 8 yaşa qədər olan avtomobillərin taksi bazarında fəaliyyət göstərilməsinin tələbi, müvafiq sertifikatların tələbi umumi taksi bazarında fərqli bir vəziyyət yaratdı, saya və qiymətə təsir etdi. Taksiyə müraciət edən sərnişinlərin 50 faizi səfərlərini avtobusla, 20-25 faizi metro ilə təşkil etməyə başladı.

Ekspert bildirib ki, növbəti mərhələdə biz müşahidə edirik ki, metronun özünə də ciddi investisiyalar tələb olunur ki, mövcud şəbəkə daha sağlam fəaliyyət göstərsin.

“Bu gün Bakı Metropoliteninin üç xətti; qırmızı yaşıl və bənövşəyi xətti, iki deposu var. Bu da texniki olaraq əlavə problemlər yaradır. Həmçinin şəhərin dairəvi hərəkətini təmin edən xətti mövcud deyil. Bu da mövcud xəttin yüklənməsinə səbəb olur. Texniki məhdudiyyət yaradan infrastruktur həlləri təxirə salınmadan icra olunmalıdır. Yəni Xətai-Həzi Aslanov arası əlaqəni təmin edən xətt və stansiyaların sayını artırılması, xətlərin ayrılması layihəsi həyata keçirilməlidir. İndiki halda bu “28 May”da axınların qarışmasına səbəb olur. Amma xətlər ayrılarsa, burada artıq qırmızı xətdə hərəkət edən sərnişin, yaşıl xətdə davam etmək üçün “28 May” stansiyasında düşüb, “Cəfər Cabbarlı” stansiyasına keçid edib, “Cəfər Cabbarlı” stansiyası üzərindən hərəkətini davam edəcək. İndiki halda “Cəfər Cabbarlı” stansiyası yalnız “Xətai” stansiyasını əlaqələndirir. Biz “28 May” stansiyasında daha mürəkkəb bir vəziyyət müşahidə edirik. Həmçinin “Dərnəgül-Koroğlu” stansiyaları arasında xəttin tikilməsi, “Koroğlu” stansiyasındakı yükün azalmasına gətirib çıxaracaq. 2016-cı ildən fəaliyyətə başlayan yeni bir xəttin bənövşəyi xəttin şəhərin mərkəzinə kimi gətirilməsi, şimal istiqamətindən gələn sakinlərimizi daha uzun platformalı, yəni 7 vaqonu qəbul edə bilən 1 platformalı xəttin şəhərin mərkəzinə kimi gəlməsi, bu da şəhərə əlavə bir üstünlük verəcək”-deyə nəqliyyat eksperti əlavə edib.

Rauf Ağamirzəyevin fikrincə, metroda sərnişin axınının parçalanmasına xidmət edə biləcək digər həllər də var. Ekspert qeyd edib ki, “Dərnəgül” metrostansiyasının yaxınlığında dəmiryolu keçir: “O dəmir yoluna dayanacaq verilərsə, şimaldan gələnlər artıq “28 may” stansiyasına gəlmədən “Dərnəgül” stansiyasında düşüb və “Elmlər Akademiyası” stansiyası istiqamətinə və yaxud yaxınlığında iş mərkəzinə gedə bilər. Eyni zamanda Əhməd Rəcəbli küçəsinə çıxışı təmin edən “Keşlə” dayanacağı daha doğrusu qurularsa, bu da birbaşa şəhər mobilliyinə müsbət təsir edər.

“Bu işlərin həyata keçirilməsi investisiya tələb edir. “Dərnəgül” deposun tikilməsi də, mövcud xətdə hərəkət edən qatarlarda hərhansı birində qüsur olarsa, problem olarsa “Dərnəgül”-dən çıxış verməklə, indiki çətin vəziyyəti aradan qaldırmış olar. İndiki halda hər hansı bir problem olarsa, bu xətlə bütün xətt dayandırılır və Bakmilə yönləndirilir”-deyən ekspertin fikirncə, müsbət hallardan biri odur ki, COP dövründə Avropa İnvestisiya bankı ilə memorandum imzalandı. Belə ki, artıq 9 stansiyanın tikilməsi haqqında ilkin razılaşma var. Ekspert hesab edir ki, bunun ardı gəlməlidir və təcili tikinti işlərinə başlanmasına ehtiyac var.

“Yeni stansiyaların tikintisi şəhər üçün bu dəqiqə hava-su kimi lazımdır. Bununla paralel olaraq dəmir yollarında mövcud şəbəkənin genişləndirməsi, eyni zamanda mövcud şəbəkə üzrə stansiya və qatar saylarının artırılmasına ehtiyac var. Belə olarsa, dəmiryolu yerüstü metro funksiyasını daşıya və daha intensiv ola bilər. İnsanlar qısa vaxt aralığında komfortlu, təhlükəsiz nəqliyyat növü ilə şəhərə gəlirlərsə, gəlməyə imkan varsa fərdi nəqliyyatdan ictimai nəqliyyata keçid edəcək. Biz bunu müşahidə edəcəyik. Göründüyü kimi bu mərhələli şəkildə icra olunacaq. Əsas məsələ odur ki, bu sahələrə investisiyanın artırılmasına da diqqət artırılmalıdır. Yəni mövcud infrastrukturun həm cari təmirinə, mövcud infrastrukturda yüklənməyə səbəb olan yükün parçalanmasına, sərnişin axının parçalanmasına yol açacaq layihələr dəyərləndirilməlidir. Elə layihə var ki, çox qısa zamanda başa gələ bilər, mövcud infrastrukturun müəyyən yükünü azalda bilərsə, onu ayrılıqda dəyərləndirib, icra olunmasını təmin etmək və daha orta və uzunmüddətli layihələrin icrasına da başlamaq lazımdır”-deyə Rauf Ağamirzəyev əlavə edib.

P.S.Problemlər göz önündədir. Bakının piyadalar şəhəri olması üçün hələ çox işlər görülməlidir. O ki, qaldı tıxaclara, onun səbəbi təkcə nəqliyyat sistemi ilə bağlı deyil. Bakının inşaat uğruna qarış-qarış satılmasıdır. Bakının yer oldu-olmadı hər küçəsinin göydələnlərlə doldurulmasıdır. Düzgün çəkilməyən yollar, qovşaqlar, səkilər və s. yanlış işlərdir.

Qısası, Baba Pünhan demişkən: "Bakının dərdi var, Bakı xəstədir..."

Bizimyol.info xəbər portalı Babək prospektinin tıxaclı axşamından görüntüləri təqdim edir:

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Dekabr 2024 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri