Icma.az
close
up
RU
Bakınını problemlərini həll etmək üçün şəhərin ən azı yarısı sökülməlidir RƏY

Bakınını problemlərini həll etmək üçün şəhərin ən azı yarısı sökülməlidir RƏY

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib.

Bu barədə Eldar Əzizov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər.

“Şəhər öz inkişafının yeni mərhələsinə qədəm qoyur və bu prosesin əsas tərkib hissələrindən biri də yağış və kanalizasiya sistemlərinin modernləşdirilməsidir. Bu baxımdan obyektiv desək, hazırda bu kimi halların təkrar yaşanmasından sığortalanmamışıq,” – deyə İcra Hakimiyyətinin başçısı vurğulayıb.

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “Sherg.az”a bildirib ki, bu, dünya tarixində analoqu olmayan gülünc açıqlamadır:


“Bütün sistemi xaotik şəkildə məhv edəndən sonra özləri də başa düşürlər ki, artıq bunu həll etmək demək olar ki, mümkün deyil. Ona görə də çıxış yolunu hər şeyi bağlamaqda və dayandırmaqda görürlər. Həmişə problemin səbəbini aradan qaldırmaq yox, hər hansı bir qadağa qoymaq, bağlamaq üsulu seçilir. Çünki 20-30 ildir şəhər tamamilə qeyri qanuni şəhərsalma sisteminə zidd olaraq, yalnız gəlir əldə etmək, pul qazanmaq məqsədilə şəhər qarış-qarış satılır, hara oldusa, tikintilər aparılıb. Burada artıq ona uyğun kanalizasiya sistemləri, kommunal sistemlər və infrastrukturlar qurulmayıb. Artıq Bakı şəhərini xilas etmək mümkün deyil. Bunu özləri də başa düşürlər. Çünki tamamilə şəhər iflic vəziyyətə salınıb, Bakı şəhəri iflas edib. Yəni ən kiçik yağış, qar kimi hallarda şəhər bərbad vəziyyətə düşürsə, yağışlar bir neçə gün belə davam etsə bu şəhərdə necə faciəvi vəziyyət yaranar çox maraqlıdır. Artıq bu problemi həll etmək imkanları qalmayıb. Çünki həll etmək üçün şəhərin ən azı yarısı sökülməlidir. Bu da praktiki olaraq mümkün deyil. Bir az yüngülləşdirmək olar. Lakin buna da külli miqdarda pul lazımdır. Bu problemin həlli yeganə həll yolu Bakı şəhərinin əhalisi ən azı iki dəfə azaldılmalıdır. Bunun üçün də regionlar inkişaf etdirilməli, regionlarda xüsusi güzəştlər, yardımlar, sənaye müəssisələri, sosial, mədəni infrastrukturlar gücləndirilməlidir. Bütün investisiyalar regionlara yönəldilməlidir ki, tədricən Bakıdan regionlara köçüb yaşamaqda insanlar maraqlı olsunlar. Artıq 5 ildir ki, Qarabağ və Şərqi Zəngəzuru azad etmişik. Orada ən azı bir milyona yaxın insan məskunlaşdırmaq mümkündür”. 


Ekspertin sözlərinə görə Bakı şəhərindən məcburi köçkünlərin hamısını qısa müddətdə köçürmək lazımdır:

“Yəni bu, zorakı şəkildə deyil, sadəcə stimullaşdırmaql həyata keçirilməlidir. Bizim ölkədə xaotik şəkildə kiçik bir əraziyə milyonlarla insanı sıx şəkildə  doldurma prosesi gedib. Bunun da nəticəsi özünü belə hallarda göstərir. Şəhərdə artıq nəqliyyatın hərəkəti imkansız hala gəlib. Həddən artıq əhali olduğuna görə kommunal infrastrukturlar maksimum gərginlikdə işləyir. Su, elektrik, qaz, yüksək gərginlikdə işləyir. Yeraltı kanalizasiya, sistemləri çatdırmır. Bunların hər biri də sistemsiz şəhərsalmanın nəticəsidir. Bu dediyim tədbirlər həyata keçirilsə, bir az vəziyyət düzələr. Əks halda Bakının düzəldilməsi üçün dediyim kimi, 100 milyarda yaxın pul və ən azı 15-20 il vaxt lazımdır. Bunun yolu  Bakıda yaşamağı çətinləşdirmək deyil, regionlarda yaşamağı asanlaşdırmaqdır,

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Aprel 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri