Bakıya gəlmək istəyən erməni tankları VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Beş hektarlıq ərazidə yerləşən Hərbi Qənimətlər Parkında 300-dən çox eksponat və 150-yə yaxın ağır texnika nümayiş etdirilir.
Bizim.Media xəbər verir ki, ərazidə həmçinin 30 il ərzində qurulmuş müdafiə istehkamlarının nümunələri yaradılıb.
Parkın yaradılması ideyası Vətən müharibəsindən sonra irəli sürülüb. 2020-ci il noyabrın 11-də qənimət götürülmüş və məhv edilmiş hərbi texnikanın gələcəkdə nümayiş etdirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb.
Park 2021-ci il aprelin 12-də istifadəyə verilib. Açıq səma altında yaradılan parkda "T-72" tankları, piyada döyüş maşınları, artilleriya qurğuları, 2S1 "Qvozdika" özüyeriyən artilleriya qurğuları, "Osa" və "Kub" zenit-raket kompleksləri nümayiş etdirilir.
Parkda "İsgəndər-M" raketinin qalıqları da saxlanılır. Tapılan qalıqların "9M723" raketinə aid olduğu müəyyən edilib. Ərazidə mərmi yeşiklərindən hazırlanmış oturacaqlar, mərmi ərintilərindən işıqlandırma konstruksiyaları və tank mərmisinin qılaflarından hazırlanmış tullantı qabları da yerləşdirilib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:245
Bu xəbər 27 Sentyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















