Erməni deputat Bakıya gəlmək istəyir
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
“Bakıya getməyə hazıram”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Lilit Qalstyan deyib.
O, bununla bağlı ATƏT Parlament Assambleyasının payız sessiyası ərəfəsində təşkilata müraciət etdiyini bildirib.
Qeyd edək ki, son dövrlərdə Ermənistan tərəfdən Bakıya müxtəlif səviyyələrdə səfərlər də baş tutub. 2025-ci ilin noyabrında Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət 57 nəfərlik qrup “Bridge of Peace” təşəbbüsü çərçivəsində Bakıya səfər edərək Azərbaycan tərəfinin nümayəndələri ilə görüşlər keçirib.
Bundan əlavə, 2026-cı il sentyabrın 22-də Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak etmək üçün Azərbaycana gəlib. O, son bir ildə Bakıya səfər edən ikinci yüksək vəzifəli Ermənistan təhlükəsizlik rəsmisi olub. Bundan əvvəl, 2025-ci ilin sentyabrında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan Bakıda keçirilən III Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edib./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 04 Oktyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















