Icma.az
close
up
RU
Bakıya may şoku Yağan dolunun nadir səbəbi açıqlandı

Bakıya may şoku Yağan dolunun nadir səbəbi açıqlandı

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“May ayında Bakıda və Abşeron yarımadasında bu cür kəskin və intensiv hava şəraitinin, xüsusilə də dolunun müşahidə edilməsi həqiqətən də paytaxt üçün çox nadir və qeyri-adi bir haldır”.

Bunu “Yeni Sabah”a açıqlamasında tanınmış meteoroloq, Xəzər Universitetinin müəllim-mütəxəssisi Cavid Hüseynov bildirib. Onun sözlərinə görə, may ayında Bakıya dolu yağmasının bir neçə əsas səbəbi var:

“Bakıda və bütövlükdə ölkə ərazisində son vaxtlar müşahidə olunan anomal, kəskin qeyri-sabit hava şəraiti sadəcə təbii mövsümi dəyişiklik deyil, həm də qlobal və regional atmosfer proseslərinin toqquşmasının nəticəsidir. Dolu hadisəsi Azərbaycanda daha çox dağlıq və dağətəyi rayonlar üçün xarakterik olsa da, son vaxtlar paytaxtda bu anomal proseslərin şahidi oluruq”. Marqarita pizza

“Meteoroloji faktorlara əsasən, may ayında Bakıya dolu yağmasının bir neçə əsas səbəbi var. Yaz aylarında havanın temperaturu yüksəlməyə başlayır, lakin atmosferin yuxarı qatlarında hələ də soyuq hava kütlələri mövcud olur. Yerdən isti və rütubətli hava sürətlə yuxarıya doğru qalxır (konveksiya prosesi) və güclü şaquli inkişaf etmiş topa-yağış buludları yaranır. Bu buludların daxilində çox güclü hava axınları olur. Sürətlə yuxarı qalxan su damcıları donma temperaturundan aşağı olan təbəqələrə çatır, buza çevrilir və buludun daxilində dövr edərək böyüyür. Çəkisi ağırlaşdıqdan sonra isə yerə dolu şəklində düşür”.

“Son illərdə bütün dünyada, o cümlədən ölkəmizdə də müşahidə olunan qlobal iqlim dəyişiklikləri özünü ekstremal hava hadisələri ilə büruzə verir. Əvvəllər sakit, mülayim keçən mövsümlərdə qəfil anomal soyuqlar, normadan bir neçə dəfə çox yağıntı və ya kəskin hava dəyişiklikləri müşahidə edilir. Atmosfer sanki "tarazlığını itirib" və yığılmış nəhəng enerjini bu cür aqressiv şəkildə boşaldır. Qlobal iqlim dəyişikliyi fonunda tropik isti ilə arktik soyuğun ölkəmiz üzərində dəniz rütubəti ilə birləşməsi bu qeyri-adi yaz mənzərəsini ortaya çıxarır”.

Mütəxəssiz son olaraq qeyd edib ki, Bakının may ayında bu proseslə qarşılaşmasının əsas səbəbi qəfil daxil olan soyuq atmosfer cəbhələrinin yerli isti hava ilə yaratdığı kəskin temperatur fərqidir:

“Paytaxta yağan dolu lokal xarakter daşıyır – yəni şəhərin bir hissəsinə güclü dolu düşdüyü halda, bir neçə kilometr kənarda sadəcə yağış müşahidə oluna bilər. Bakının may ayında bu proseslə qarşılaşmasının əsas səbəbi qəfil daxil olan soyuq atmosfer cəbhələrinin yerli isti hava ilə yaratdığı kəskin temperatur fərqidir.  Xəzər dənizindən gələn yüksək rütubət bu prosesi daha da intensivləşdirir və buludların rütubət tutumunu artıraraq yağıntının miqyasını böyüdür”.

Cəlalə Cəlalqızı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 May 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri