Ukraynanın yeganə uğurlu layihəsi budur Rıjenko
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna “Neptun” raketlərindən taktiki qanadlı raketlər kimi uğurla və geniş şəkildə istifadə edir. Bu raketlər, əslində, Ukraynanın yeganə uğurlu hərbi layihəsidir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin 2004–2020-ci illərdə qərargah rəisinin müavini olmuş Andrey Rıjenko deyib.
"Neptun” raketi, əslində, sonadək hazırlayıb başa çatdıra bildiyimiz yeganə uğurlu layihəmizdir. Bu raket orijinaldır və gəmi əleyhinə raket kimi hazırlanması nəzərdə tutulmuşdu. Raketin yaradılma tarixi 1980-ci illərə gedib çıxır. Həmin dövrdə “Harpon” raketinə konseptual baxımdan bənzər raketin hazırlanması barədə qərar qəbul edilib. “Neptun” raketinin hazırlanması uzun müddət davam edib və onun istehsalı müstəqil Ukraynada da davam etdirilib. Rusiya Ukraynanın belə bir raketə sahib olmaması üçün ciddi səylər göstərib. 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalından sonra raketin istehsalı istiqamətində işlər sürətləndirilib, lakin proses arzuolunan qədər sürətli getməyib.
Texnoloji baxımdan, ilk növbədə, özütuşlanan başlıqla bağlı bir çox çatışmazlıqlarımız var idi. Lakin sonda bu raketin təkmilləşdirilməsini başa çatdırdıq.
Bu raketin effektivliyi ilk dəfə Qara dənizdə batırılan Rusiyanın “Moskva” kreyserinə endirilən zərbə zamanı sübut olunub",- o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 09 Noyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















