Bakıya tramvay qayıdır 5 istiqamətdə RƏSMİ
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Tramvay uzun müddətdir müzakirə olunan mövzulardan biridir. 2025-2030-cu il dövlət proqramında tramvay haqqında xüsusi maddələr qeyd olunub.
Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov "trend.az" Beynəlxalq İnformasiya Agentliyinə və "Azad Azərbaycan" Televiziyasına (ATV) müsahibəsində deyib.
O bildirib ki, hazırda tramvayın konseptual planı hazırlanır. İlkin olaraq Mehdiabad ərazisindən Bakı şəhərinin mərkəzinə alternativ bir neçə variant müzakirə edilərək tramvayın çəkilməsi planlaşdırılır.
"Bakıda gələcəkdə 5 fərqli istiqamət üzrə tramvay olması planlaşdırılır. İlkin perspektivdə əhalinin sıx məskunlaşdığı və kütləvi ictimai nəqliyyat həllinə çıxışı olmayan ərazilərə tramvayın çəkilməsi nəzərdə tutulur. Məqsəd odur ki, tramvay metronu və avtobusu əvəzləməsin, əksinə, onları birləşdirən vasitə olsun", - deyə "Bakı Metropoliteni" QSC-nin sədri əlavə edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 13 May 2026 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















