Bakıya yağış yağıb, dağlıq ərazilərdə şaxta qeydə alınıb FAKTİKİ HAVA AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 9-u günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağıb.
Xidmətdən "Report"a bildirilib ki, yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Qobustan, Sabirabad, Neftçalada 1 mm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 dərəcəyədək isti, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərində 5 dərəcəyədək şaxta, Aran rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta qeydə alınıb.

Bakıya yağış yağıb, dağlıq ərazilərdə şaxta qeydə alınıb FAKTİKİ HAVA
14 Noyabr 2024 23:18
FAKTİKİ HAVA: Bakıya yağış yağıb, dağlıq ərazilərdə şaxta qeydə alınıb
10 Noyabr 2024 11:19
Bakıya yağış yağıb, dağlıq ərazilərdə şaxta qeydə alınıb Faktiki hava
10 Noyabr 2024 11:35

