Icma.az
close
up
RU
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və... Cərrah 15 min təzminat ödəyəcək

“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və... Cərrah 15 min təzminat ödəyəcək

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İnternational Medical Centre-Bakı” və tanınmış cərrah Mübariz Məmmədliyə qarşı sağlamlığa vurulmuş ziyana görə təzminat tələbi ilə məhkəmə iddiası qaldırılıb.

Mia.az Teleqraf-a istinadla xəbər verir ki, zərərçəkmiş şəxs qismində Zöhrə Məmmədova tanınıb.

O, iddiasına sağlamlığına vurulmuş zərərə görə, qarşı tərəfdən 24700 manat təzminat tələb edib.

İddia tələbi onunla əsaslandırılıb ki, Zöhrə Məmmədova 2024-cü ildə “İnternational Medical Centre-Bakı”ya məxsus “Baku Medical Plaza”da üz gərmə və hər iki süd vəzisinin kiçildilməsi əməliyyatı keçirib.

Əməliyyat plastik, estetik və rekonstruktiv cərrah Mübariz Məmmədli tərəfindən icra olunub. Əməliyyatdan bir neçə gün əvvəl həkim qüsurların tam aradan qaldırılacağına təminat verib və əməliyyat xərci kimi 13000 manat pul nağd olaraq ona ödənilib.

Bu məbləğə görə iddiaçıya kassa sənədi verilməyib. Z.Məmmədovanın iddiasına görə, ona sadəcə, ilkin müayinə xərcinə görə 200 manatın mədaxil qəbzi təqdim olunub.

İddaçı əməliyyatdan sonra sarğıları açılan zaman üz-göz və sinə nahiyəsində aşkar qüsurların olduğunu görüb. Xətai rayon prokurorluğunda aparılmış araşdırma zamanı təyin olunmuş ekspertiza rəyində göstərilir ki, cərrahiyə əməliyyatı taktiki cəhətdən düzgün aparılmayıb. Belə ki, nevropatoloqun müayinəsi zamanı aparılmış EMG müayinəsinə əsasən sağ üz sinirinin parsiyal, aksonal zədələnməsinin olduğu, həmçinin mütəxəssis, plastik-rekonstruktiv cərrahın müayinəsi zamanı süd vəzinin gilələrinin dairəvi ölçülərində assimetriyanın olduğu müəyyən edilib.

Cərrahiyə əməliyyatının taktiki cəhətdən düzgün icra olunmaması ilə əlaqədar əsasən sağ üz siniri parsiyal, aksonal zədələnib və süd vəzinin gilələrinin dairəvi ölçülərində assimetriya yaranıb. Bununla da səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “Tibb müəssisələrində çalışan tibb, əcaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvə vəzifə təlimatları”nın 24.1 bəndinin tələbləri pozulub. Buna məsul şəxs əməliyyatı icra edən həkimdir.

Məhkəmə Z.Məmmədovanın iddiasını qismən təmin edib. Qəbul edilən qətnaməyə əsasən, Mübariz Məmmədlidən tibbi xidmətlərə görə ödənilmiş 13000 manat, mənəvi ziyana görə isə 2000 manat alınaraq zərərçəkmişə ödəniləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Fevral 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri