Icma.az
close
up
RU
“Baku Pearl Residence”in problemləri bitmir İndi də 800 minlik borc yarandı

“Baku Pearl Residence”in problemləri bitmir İndi də 800 minlik borc yarandı

“Baku Pearl Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinin külli mqidarda vergi borcu var. Musavat.com xəbər verir ki, Bakı şəhərində hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan MMC-nin vergiyə 800 min manatdan çox borcu yaranıb.

Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Abdullayev Samir İdris oğludur.

Qeyd edək ki, şirkət daha əvvəl İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə ittiham edilərək 20 min manat cərimə edilmişdi.

Şirkətin problemləri bununla bitmir. MMC Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını vaxtında təqdim etməməyə görə də maliyyə sanksiyası ilə üzləşib.

seeBaxış sayı:73
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri